вторник, 27 декабря 2011 г.

Qısa və konkret ol.

Qısa və konkret ol
Dünyanı tam dövr edən bir yol kimi.
Bir addımla geriyə çevrilərkən bir dünyanı gəzmiş qədər sevincli ol.
Yorma özünü uzun-uzun izahlarla.
Onsuz da, heç kəs heç nə anlamır ki, deyib rahatlaşma,
amma yenə də, qısa və konkret ol.

Hər zamanın öz hökmü var.
Zaman da olmaq ehtimalı bizdə çox azdı.
Ona görə də bu qədər sonsuz və əzəl bir şey olmaq arzusundan uzaqlaşaq.
Qocaldıqca mehribanlaşaq, arada əlaqələr kəsilməsin gərək.
Məndən məsləhət alsan əgər, deyərəm, heç qocalma da, 
uzatma ömrünü.
Qısa və konkret ol.

Ya qısa olub, ya konkret olma.
Həm qısa ol, həm konkret.

среда, 14 декабря 2011 г.

İmza

Uğur uzaqdadır. Bəs nə qədər məsafə qət etmək lazımdır uzağa çatmaq üçün? Bəzən məsafə zamandan yox, yoldaşdan aslı olur. Sürətsə hər zaman özündən aslıdır. Tələsməyə də bilərsən, gecikə də bilərsən. Təki Allahdan üz çevirmə.

Həyat profesional pedaqoqdur. Öyrətmədiyi şeyi tələb etməz. Əgər sevməyi tələb edirsə, bilin ki, o da gələcək.


Hər uğurumuz bizimdir də, təkcə səhvlərimizmi  həyatın çətinliyidir? Nəticədə özünü danacağın hərəkətlərin, onsuz da, səni inkar edir. Sübuta ehtiyac varsa, ya şahid göstər, ya imza at.

Ya bax, ya gör, ya izlə. Ya sus, ya dinlə, ya anla. Ya anlat, ya öyrən, ya da... Nə istəsən yaz.


Dünən bir sirrdir. Sabah dünənin böyük qardaşıdır. Böyük sirləri unutmaq günahdır ki, bu gün səndən yazdı qələm.


Eşqdə yanmaqla kül olunmaz. Eşqlə rəqsin ritmi yoxdur. Eşqlə söhbət səsizlikdir və eşqdən bezən eşqdən bezdiyini sanandır. Məndən bezən bir eşq olarsa, mən məndən küsərəm. Özünü kimə isbatlamaq gərəkdiyini bilirsənmi ?


Üzündə özündən bir xətt çəkib Allah. Gözlərindən başlayır, gözlərində bitir. Allah uğurun özüdür ki var. Səndə özünün xəritəsini gizlədib. Açıq aşkar görülə bilən gizlilikdən nə anlayaq?! Uğurun xəritəsidir addımların.

воскресенье, 27 ноября 2011 г.

Bir dəfədən heç nə olmaz`ın günahı.

Mənsizlikdə gülmüsənsə bircə gün...
Bircə gündən heç nə olmaz.
Yox əgər, bir neçə gün ağladınsa mən varkən,
Deməli həsrətini çəkirsən həmin mənsiz bir günün.

Mən yoxkən bircə dəfə başqa gözə baxmısansa...
Bircə dəfədən heç nə olmaz.
Başqa gözün fəlsəfəsi, qaranlığı varsa əgər,
səninçün başqalaşım, bax gözümə başqasıyla olarkən.

Mənimləykən özünə fikir ver, canım.
Səndə təksən - deyə düşünmə.
Səndə səninlə birgə bir sən daha var.
Bircə dəfə özünü itirdinsə, səhvlər gəlir ip söküyü kimi.
Bircə dəfədən heç nə olmaz demə, bidənəm.
İkinci dəfə üzr istəmək səhv təkrarlamaq deməkdir,
unutma.

среда, 16 ноября 2011 г.

O adam

Bir adam çıxacaq məndən
bəlkə də, illər sonra.
Amma mən qadınamsa doğmayacam,
erkəyəmsə sıçmıyacam.
Ağzımdan çıxacaq o adam,
amma mən qusmuyacam.
Daha çox püskürəcəm.
Buruğundan fontan vuracaq qara qızılın özü olacaq
mən çıxacaq o adam.
Əvvəlcə kirli-kaslı, qanlı-qumlu əlləri,
sonra bəlkə tüklü, bəlkə keçəl kəlləsi.
Kəlləsi... maraqlıdır...
Sonra bədən.
Sonra da bir cüt yupyumuru qıç qurusu.
Qadınamsa bakirədir, erkəyəmsə də həmçinin.
Vaxtı gələndə olacaq bu partlayış.
Nə on dəqiqə gec, nə on dəqiqə tez.
"Hər şey vaxtında gözəldir" deyiblər
ta bu andan.
"Kim deyib ki?" soruşsan, deyərəm  "həmişə deyən".
Bir adam püskürəcəm ağzımdan.
Gələcək ki, oldursun, öldürsün, ağlatsın, güldürsün.
Edəcək hamısını bir gün məndən çıxacaq o adam.

среда, 9 ноября 2011 г.

Hərdən idi

Hərdən idi.
Mən var idim.
Sən hər keçən saniyədə,
hər ayda korlanırdın bir az daha.
Bizim ki hisslərimizdən düzələn pislərimiz var.
Adı paxıllıq.
Çökürdü tam üstümə zamanın saatdan asıllığı.
Saatın əqrəbindən.
Saatın incə-incə, nazlı-nazlı gedib-gələn
diqqət çəkmək üçün burcutduğu bir qıçı var.
Zamanınsa nə qıçı vardı, nə əqrəbi.
Zəhərliydi hər ilandan, hər qadından.
Sən də bax bu saatların göstərişinə aldanırsan.

Gecələr kəşf edirəm hər qarışını faniliyin.
Alt-üst, tərs-mərs oluram,
əyri qoyub-düz edirəm dahiliyi.
Deyirsən "eşqdə yandığımdandı bu qədər yalvarışım".
Deyirəm, olmur axı eşqdə yanan bir insanın yalvarışı.
Bir qar var, küləyin, yağışın, soyuğu.
Bir Gün var,
İstilədir, azaldıqca sərinləyir, yox olduqca bir qar olur.
Sən də bax bu fərqliliyin eyniliyinə aldanırsan.
Hər şeyin bir sonu var, bir əvvəli.
Sonun bir əvvəli var.
Sənin bir əvvəlin və sənin bir sonun kimi.

Özüməm tək günahkar.

Sifət də sallanarmış
Keçmişdən ip düzəldib özü üçün...
Baxışlar özgələşir, başqalaşır.
Adamlar "çox ucuzdu" deyib elə sifətlər alırlar ki...
baxırsan... baş qarışır.

Qaranlığı asıblar ulduzlardan.
Ulduzlar parıldayır, parıldayır... səhər sönür.
Səhər duranda hər kəs,
oyanarkən sən də səhər
Diqqət et ki, göz altında qırışlar qocalmasın.
Qocalma Bad-i Kubə, qocalma, ey şəhər.

Özüməm tək günahkar.
Özüməm hər olanın, hər gələnin, hər gedənin elçiləri.
Öldürüm mən də gərək beyin içində gizli qalan falçıları.
Dağıdım qəsrlərin, yandırım kitabların...
...özümlə bağlı bir gələcəyi hədəflərkən...
Nə edim bunca baxış
mənlə yarış
içindəykən ?

Nə edər göylə getmək istəyənlər tapdalansa?

Bir yalançı məlumdur ki, yalanı deyə bilməyəndir.

Onda niyə bu saxta gülüşlər? Niyə bu məktubun?
Niyə bu keçmişin ipiylə düzəldilən sifətin üçün asılqanlar ?
Kin hər zaman tərtəmizdir,
ərplənmir, paslanmır.
Bircə damla göz yaşınla sürt,
çək,
at kini ürəyindən.
Gəl sənə nağıl deyim iki dostun "hərdən"in fələyindən.

среда, 2 ноября 2011 г.

Uğur uzaqda

Kimsə düşünür ki, uğur məndən uzaqdı.
Yoldaşım qələmdir və gedirəm uzaqlara.
Mən səninlə, sən onunla, o mənimlə yar.
Eşq bitsə, iki gözüm bir çeşmə ağlaram.

Yolçu ruhum axtarış yolunda gerçək üçün.
"Öncə özünü sev, sonra məni sevməkçün"
Deyən bu səs içimdə bir ürpərti yaratdı.
Sənin gözəlliyinlə bu dünyamı qaraltdım.

Bu bir az qərbli Kafka, bir az da şərq Şirazi.
Ürəkdə kimsə yoxdur, elə bil boş ərazi.
İçimdə fəlsəfələrə müharibəmdə mən bir qazi
Taleyim də şaytanımla bağlamışsa son bir saziş

Necə də qəliz bir iş yaşamaq bir bədəndə.
İki bədəndə bir ürək də yox olmuşdu sən gedəndə.
Mən bir bəndə, sən bir tanrı. Mən də qəmdə, səndə?
Güldürmə.... Yaxşı görək, mənə də yox daaa... sən ki göydə ?

суббота, 3 сентября 2011 г.

Vitamin Cafe

Deyirdilər  əla  məkandı. Gedim, görüm dedim.
Getdim... Gördüm...
Fikirlərim:
Hərdən  tozlarını da sevirdim buranın. Hərəsini  ayrı-ayrı. Divanların kənarlarına  gizlənmək istiyən balaca  toz dənəcikləri var  burda. Mən hər gecə onları silirdim. Vitamin-Cafe  həddindən artıq səliqəli və tərtəmiz  bir  məkandı.
Bu yazı isə  reklam olmamalıydı.

Fikirlərim.
Burda 3  dəyərli  insan var. İbrahim abi, Aysun abla və Ori - namıdeyer  Orkhan Schulz.
Abi  səhər  yuxudan  ayılıb  deyir:   "Aysun  yaaa... bi  yemek  yap  ta  yiyelim  yaaa... "
Abi  günorta  deyir:   "Aysun... yimek  yok mu  qıııı ? "
Abi  axşam  deyir: "Aysun, açlıkdan  öldüm  yaaaa...."

Aysun  abla... Aysun  ablaM. Super  insandı. Bu qadının gücünə sadəcə olaraq heyranam.Bacarmadığı şey yoxdu.
"Abla,  mən  gedim dəəə..."  deyən  kimi  bir "Nereye  gidiyon   ay kişi ?" deməyi  var  ki.... ən  çox  bəlkə də, bu söz üçün darıxacam. Çox sevirəm onu. Mənə arada nescafe ısmarlıyırdı. Danışırdıq  çox  vaxt, hətta  dərdləşdiyimiz  dəəə  olmuşdur  100%.
Onun üçün çox darıxacam. Darıxdıqca  da  Vitamindəyəm )))

və  nəhayət... Orkhan Schulz  məllim =)
Ori !
Musiqi zövqü  deyə  bax  buna  deyərəm. Öyrənməli çox şey var daaa....sayıb-sayıb  bitirə bilmərəm bu gecə. Arada vaxtın olanda PM at, başa  salım onu sənə.
yaxşı insandı, ona güvənirəm, dostu olmaq istiyərdim, amma  təəssüf o həyatında dost istəmir.
Paylaşmağı sevmir. Gələn həftədən də idmana başlayacaq (bunu bu gün deyib bizə). Eynəyini başına taxanda saçı arxaya gedir və Taken`dəki  Hovranqı  xatırladır mənə.
"həəə... orxan... sora  noldu?"  deyir  tez-tez. netbook`unun  üstündə  "android"  deyə  bir yapışqan var.
Əgər bir gün, maxito içməy istəsəz, əla maxito hazırlayır.
Şeyker olmasa da, banka var barımızda... )
Vitamindəki qızların sevimlisidi... usi-pusi... )
Nicat deyir ki, bura qızlar ona görə gəlirlər. Aynurla axrıncı videolarını çəkəndə çoxlu əylənmişdik.
+ ingilis müştərilərin qənimidi kendisi.
"şirin yaramaz puqi"  filmini  "itlər və pişiklər"  filmiylə səhv salır. HOST-a  respeckti  var =)
ama  nolsun ...? Zato Vitaminin tarixindəki ən önəmli gündə o Vitamində deyildi.
Mənim konsertim günü  yəni...

voşim... belə...
Vitamini sevirəm... respeckt =)

воскресенье, 26 июня 2011 г.

İn-yan

Bir anlıq yenə gəl, sonra get, bilim ki, dəyərmi-dəyməzmi gəlişini gözləmək.
Sən bələkdə sərt baxışlı bir körpənin acizliyi qədər gözəlsən.
Hərdən mənim ürəyimdən sənin ürəyivə canlı bağlantılar qurulur.
Bizi sevməyən insanların yoxa çıxması normal da, sevənlərə nə olur?!
"Sən yaz, yaxşı olacaq" deyirlər. Yazıram-yazıram, bəs uğur hanı ?
Kimsə tanımır məni, üzümü görməyib, küçədə-bacada dinləyir amma hamı.
Sən ağ. Mən içində qara ləkə. Mən sənin əksin. Biz  in və yan kimi.
Məni sev... döz... Məni yenə sev səhər oyanan kimi.
Bir anlıq var ol və sonra yenə yoxa çıx. O bir anda mən sənin içindən xəbər alım.
Yenə bir qədəh qədər qəhər süzüb qəliz qəzəl yazım, qələt adım .
Addım-addım gəlir ölüm. Mən səhrada, ver bir qurtum su içim.
İndi kimsə durub məsləhət də verməsin. Çünki çoxdan əriyib itib içim.
Nə edirəm mən ?
Öz kölgəmin altında sərindi.
Mən gecələri Bakı kimi qızın üzünə tüpürüb onu həyatımdan silərdim .

четверг, 23 июня 2011 г.

Kill Bill

Qısaca :
Deməli qızın əsl adı Beatrix Kidodu. Vorlar aləmində  Gəlin aka Qara Mamba kimi də tanınır. Bill`in sevgilisidi əslində , ondan hamilə qalır. Daha muzdlu qatil işləmək istəmir və çıxır gedir uzaq diyarlarda bir ər tapıb özünə toy edir. Toy vaxtı, bu lənətə gəlmiş Bill və kruqu (Bi dənə qara  pıs-pısa qız, təpəgöz qız, yapon şüvən və bir dənə də gədə) toyu basırlar, şəxsey-vəxsey düşür.
Hamını qırırlar, Gəlini də başından gülləylə vururlar hamilə-hamilə. Amma o ölmür. Komaya düşür.
5 il komada bunu yatızdırıllar, sonra birdən filfilo olur, Gəlin ayılır yuxudan və hər şeyi xatırlayır.
İndi onun qarşısında ancaq bir məqsəd var.
Billi öldürmək. Qısasını almaq.
P.S Deyəsən 2 oldu =)

Rejissor:  Kventin tarantino.
Baş rolda: Uma Truman.

вторник, 21 июня 2011 г.

Valideynlərdən hara daaa... )))


 O qədər dərdə baxmayaraq, ən böyük əyləncəm hər zaman uşaqlığım haqqında düşünmək olub. Bu çox xoşuma gəlir. Ailəmizlə bağlı ən pis günümüzü düşünəndə belə çox əylənirəm. Hər şey geridə qaldı. Hər şey bitdi. Məsumluğum qanadlanıb uçdu. Anamın sığalları tərk etdi məni. Başım artıq onun dizləri üstə bir də rahatlıq tapmayacaq. Saçlarımın arasında anamın barmaqları gəzməyəcək daha. Mən böyümüşəm, anam qocalıb.
Onun çarpayısı o qədər rahat idi ki! Hər gecə orda yuxuya gedərdim. Hamı qonaq otağında olardı, amma mən bütün ev əhlindən cəmi bir otaq uzaqda anamın yerində uzanıb ailəmi nə qədər çox sevdiyimi düşünə-düşünə göz qapaqlarımın zəifliyiylə rastlaşırdım. Anam sakitcə yanıma gələrdi, üzümnən öpüb ədyalı üstümə çəkərdi və otağın işığını söndürərdi. Mən hələ tam yuxuya getmiş olmazdım. Amma səsimi də çıxartmırdım. Bu öpüşlərdən sonra qapı bağlanardı və göz yaşlarımı saxlaya bilməzdim. Elə sevinərdim ki! Sonra həmişə birdən yuxuya gedərdim. Cəmi bir saniyədən sonra qulağıma dünyanın ən gözəl səsi pıçıldayardı.
“Canım, balaca körpəm, yatmaq vaxtıdır” deyən anam məni böyük bir nəvazişlə qucağına alıb öz yerimə aparardı. Mən də onun boynunu qucaqlayıb üzündən öpərdim.
Onda cavan idi anam. Üzü qırışlı deyildi. Gözəl idi. Üzünü bir dəfə də görüm deyə otaqdan çıxmamış onu səsləyərdim.
“Ay mama!” səsimi özüm də güclə eşidirdim. Hamı yatmış olardı evdə, ona görə bacardığım qədər sakit danışardım.
“Hay can” deyib o qədər gözəl gülümsəyərdi ki... O üzü yenidən görə bilmək üçün hər şeydən keçərdim, yəqin ki.
“İşığı da söndür də, ay ma” gözüm öz-özünə yumularkən deyirdim.
“Yat balam” deyib yenidən gülümsəyərdi anam. “İşıq sönülüdür onsuz da. Gecə oyanıb qorxsan, yanıma gələrsən, yaxşımı?” tək tutunacağım dayaq o idi həmin vaxtlarda.
Bir müddət qaşlarımı yuxarı qaldırıb diqqətlə ona baxardım. Sonra sakitcə “yaxşı” deyərdim. Həyatda ən çox sevdiyim insan anam idi.
Xoşladığım qızlar bir-bir əvəzlənərkən özümü axtarırdımmı, yoxsa bunu kefdənmi edirdim deyə düşüncələr sarırdı məni.
Hamı nə vaxtsa tərk edəcək bizi. Qalıcı olmağa çalışan axmaqdır. Hər kəsi kənardan izləyirik. Ön yarqılarla dolu beynimizdən heç cürə qurtula bilmirik. Bəlkə də buna heç çalışmırıq da. Beynini idarə etdiyini düşünən cahillərin fikirlərini yumaqdan asan bir şey yoxdur. Ən böyük yalançılar özümüzük. Ən qəddar və ən qorxaqlar da özümüzük. Hər şey bizik. Biz olmadığımız şeylər də bizdədi. İllah da yaradılış insandan aslıdır. Yaradan və icad edənlər də var. Yaradan ağılı yaradır, ağıl icadları. Şəxsən mənim öz fikrimə görə, bütün bəşəriyyət, adı olan ağlauyğun hər şey sırv mənim üçün mövcuddur.
Çox da uzağa getmiyim. Əl çapacaqlarından tutmuş i-podlara qədər ağlınıza gələn hər şey. Əksini iddia edən varsa fikirlərini özünə saxlasın. Mənimlə debat mümkün deyil. Sənin fikirlərin də elə məhz mənimlə mübahisə etməyin üçün beyninə dolub, xəbərin yoxdu. Bunun adı Eqodur. Eqoistəm, mənim kimisi yoxdur.
Hamı bir-bir tərk edəcək bizi. Tək qalacağıq. Bu dövr ərzində nədəsə, kimdəsə təsəllimi axtaraq, yoxsa dərdləri sevib daha da kamilləşəkmi? Bu sual çox ağıllı icadedəbilənlər tərəfindən həll olunmaq arzusuyla beyinlərdə pas atmışdır. Lap dərinlərdə bir yerdə divara qısılıb ağlamaq bu sualın taleyidir. O özü sərt və çətin olmaq istəmişdi. Buna görə cavabsız qaldı. Suallar heçdən yaranır və cavab tələb edirlər. Cavabı olmayan paradokslar isə yazıqdılar. Onlar bədbəxtdirlər. Düşünün. Həyatda ən çox sevdiyiniz yarınızı düşünün. Bu, iş də ola bilər, qız da ola bilər, oğul-uşaq da ola bilər. Bir sual üçün ən sevgili yar onun cavabıdır. Ancaq o zaman sual xoşbəxt olar. Paradokslar isə eybəcər Qvazimodalardı. Heç kim onları yarına qovuşdurmur. Heç kəs onları anlamır. Hamı tərəfindən bir müddətdən sonra unudulur, yola verilir, inkar edilir. Cavabımın olmağını istəyərdim... Əgər sual olsaydım. Mənsə sadəcə uzun bir namizədlik dissertasiyasında balaca bir orfoqrafik xəta qeydiyəm. Fəxr ediləsi tərəfim yoxdu. Amma ən azından cavab tələb etmirəm. Razılaşmaq olar mənlə, ya da razılaşmamaq. Mübahisəli məsələyəm və hər tədqiqatçı üçün şəxsi fikir dəstəkləyicisiyəm.
Anamsa bunlardan xəbərsiz artıq iyirmi beş ildir ki, seriallara baxır. Üzü də qırışıb, səsinin məlahətliliyi də itib, gözəlliyi də tərk edib onu. Bu qoca artıq məni qucağına ala bilməz. Gücü çatmaz. Mənim iyirmi yaşım var. Onun əlli iki. Mən onu çox istəyirəm hələ də. O isə mənim böyümədiyimi anlamır. Hərdən üzündən öpürəm, ancaq nə isə bu öpüş məni heç qani eləmir. Valideynlərimin ölümünü çoxdan qəbul eləmişəm. Onlar ölüdürlər. Meyiddirlər. Allah sizə rəhmət eləsin, ay ölülər! Qardaşımla bacım can verir. Mənsə hələ təzə gəlmişəm Cəhənnəmə. Başqa hara gəlmək şansım var idi ki, onusz da.
Dünyanın bətnindəyik. Yeyirik, içirik, kefbilib susan eyni ağıldadır. İnsanlar niyə Mayamidə villa tikirlər ki? İnsanlar acından niyə ölürlər ki? Bir insanı ayda torpaq almağa vadar eliyən səbəb nədi, bax bu çox maraqlıdır. Nəyə görə hamı narkaman deyil? Fahişəlikmi birinci yaranıb, ya sutinyorluqmu? Toyuq, yumurta? Ruh birinci yaranıb ya insan? Kişilər daha üstündür, ya qadınlar? Kişilərə ruh yaradılandan sonra verilib, qadınsa bilavasitə ruhlu şəkildə, yəni artıq ruhu olan bir şeydən yaranıb. Yəni ki, kişidən. O kişi ki, ruhsuz bir şeydən yaradılmışdı. İndi hansı daha üstün oldu? Ya da hansı daha iyrəncdir? Fahişəmi, sutinyormu? Səbəb səbəbi doğurur. Dövr eləyir. Yağış yağıb su çoxalıb, ya su buxarlanıb yağış olub? Sutinyorlar var, çünki fahişələr var. Fahişələr var, çünki sutinyorlar var. Sutinyor sözü də elə bil elmi bir zirvədir. Adı çox gözəldi. Görün necə də gözəl səslənir: “Mən böyüyəndə sutinyor olmaq istəyirəm”. Elə bil kompyuter mühəndisi deyirsən.
“Nə işlə məşğulsan oğlum? Qızımı yaxşı dolandıra bilərsənmi?”
“Əlbəttə ata, mən artıq çoxdandır ki, sutinyor vəzifəsindəyəm”.
“Maşallah, maşallah”.
“Baxın, vallah oğlumdu deyə demirəm, respublikada birinci sutinyordu. Kitabını yazıb bu işin. Hə... Belə ağıllı baladı”.
Xanım! Xanım! Düüüddüm oğluva ye... Sənin oğlun meymundu. Sutinyorlar meymundur. Səbəbdirlər onlar. O səbəb ki, hansısa bir səbəbdən yaranıblar. Fahişə. Bu dini bir terminə bənzəyir.
“Hansı məntiqə uyğun deyil?
Zəkat. Çillə. Divanə. Fahişə. Məkkə. Qurban. Fəzilət. Xalisə. Yerkökü.”
İnanın mənə, sözlər çox çətindir, çox. Fahişə sözünün özü elə adama cəlbedici gəlir. Görün indi onların özləri necədirlər. Bu sözü yaradanın böyük intellekti olub, əminəm. Cəlbedici qız cəlbedici adlı işdə olarkən arada cazibə qüvvəsi yaranır. Cəzb edir. Cəzb edir. Cəzb edir. Maqnitdi onlar. Onlar maqnit kimi cəzb edir insanları. Gözləri, dodaqları, bədənləri... Hər tərəfli yapışdırırlar özlərinə nəfsləri. Qul edirlər nəfsləri lom olanları. Bəs onlar hardadı? Onlar tam yanındadılar. Lap sağında. Elə bax bu dəqiqə düz qabağından keçəcək biri. Metroda biriylə yanbayan oturmusan. O biri içəri girəndə ona yer vermisən.
“Anam, bacım, əyləşin, xahiş eləyirəm, əyləşin” deyib anava bacıva ağız suyu axıtmısan. Onu sonralar pul verib becərmisən. Öz ana-bacıvı. Onlardan evinizdə də var da. Bu sizə daha ucuz başa gəlməzmi? Sutinyorluq da edin istəsəniz. Əla peşədir. Hop-hop edirsiniz, vəssalam.
Allah sizə rəhmət eləsin, ay ölülər! Diri olsaydınız bəlkə də, mənə layla çalardınız. Amma mən yatmayacam. Gözümü yumub özümü yuxuluğa vuracam. Aldadacam sizi. Həh hə... İnanıram ki, elə bir vaxt gələcək ki, indiki gizli ayıblar mötəbər peşələrə çevriləcək.
O zaman bilin ki, qiyamət yaxındır =)

Bir az-bir az

Gözüm asta-asta yumulur. Həyat yavaşlayıb.
Mənim üçün bitib həyat, ya indi başlayıb ?
Yorğunam, sanki həcdə kimsə daşlayıb.
Həyatın bu səhifəsini çevirim əlimi yaşlayıb.
Nəysə... Geridə qaldı. Unutdum Rənanı.
Dəyişdim rapdə sözləri və mənanı.
Yenə də yoxdu burda, yenə də dinləmir məni.
Həyat ! Ver nə varsa yeyim, ver içim qəmi.
Gedim buralardan və görüm uzaqları.
Gərək yaxşı əməllərim olsun, üz ağardım.
Atım bütün sətirləri, oxatan bürcüyəm.
Həyatın bir üzü qaradı, bir üzü qandı, bir üzü mən.
Mən... Mən... Bəli, yenə də mənəm önündə.
Xəstəliyimə əlac varsa, bir az səndə, bir az ölümdə.
Kənardan baxanlar üçün məğrur dayanmışam,
Nədənsə qorxuramsa, bu, bir az sənsən, bir az ölümdən !

пятница, 17 июня 2011 г.

Hal və Ruh

Əvvəli çətindir:
Əbdürrəhman Cami fars poeziyasında dünya klassikləri sırasına daxil olan yeganə şairdir.
Bu sufinin özəlliyi nə idi bəs?
"Yusif və Züleyxa", "Salaman və Əbsal" poemaları onun şah əsərləridir.
Ağıl, ürək. ehtiras, təlatümlü dəniz, eşq atəşi və cadular.
Hər zaman əsərlərdəki rəmzləşdirilmələri sevmişəm və bu simvolikaların açılımını öz beynimə görə çözməyi də həmçinin.
Çəkilmə-qabarma:
Hərdən sevgilinizə yazdığınız minlərlə mesaj onu nə qədər çox sevdiyinizi sübut edə bilmir. Hərdən ümumiyyətlə sözlər bəs eləmir. Bu "hərdən"lərdən qurtulmağın yeganə yolunu mahnı yazmaqda tapdım.
İndi ona mesaj yox, mahnı yazıram.

Nə istəsən yaz:
O mənə ailəmdən də doğma kimidir.
Elə indicə sevdiyim insanlardan birinin ölüm xəbərini almaq istəyərdim.
Kim olur olsun, fərqi yoxdu. Təki sevdiyim insan olsun və o ölsün.

Qaçasım gəlir:
Evdən, dərsdən, ailədən, Rənadan, keçmişimdə qalan bütün qızlardan, gələcəyimdən, dostlarımdan, olmayan düşmənlərimdən və hər şeydən... Hərdən... qaçasım gəlir.

Xoş bir zəhlə:
"Xoşum gəlir" və "zəhləm gedir" sözləri bacı-qardaş kimidirlər.
Niyə gələn xoş olur, gedənsə zəhlə. Bizdən gedən zəhlə kiməsə gedir. O insan üçünsə bu gələndir. Deməli bizə gələn xoşlar əslində kimdənsə bizə gələn zəhlələrdir.

Superman-ə hazırlıq ! (kiçik 2 hissə)

O deyirdi:
Uzun bir sahildə idik. Əl-ələ. Gəzirdik. Arada həmişəki kimi sadə və ciddi zarafatlar edirdin. Bundan çox xoşum gəlir. Mən daha çox quma baxırdım. Yaş qumda yalın ayaqlarımın izləri çox maraqlı idi. Ancaq çevrilib arxamda qalan izlərə baxmırdım da. Sadəcə bu tərtəmiz palçığın barmaqlarımın arasından baş qaldırmalarına baxmaqla kifayətlənirdim. Mənim sol əlim sənin sağ əlini bacardığı qədər möhkəm sıxırdı. Amma sənin əlin mehribanlığıyla məni utandırırdı.
Hava alatoranlıq idi. Gün boyu sakit olan dəniz axşamüstü bir az dalğalana bildiyi üçün sevinirdi sanki. Dənizə çox yaxın gəzirdik. Hərdən su lap ayaqlarımızın altına qədər uzanıb gəlirdi. Sanki bizə toxuna bilmək üçün əlindən gələni edirdi. Sahildən iki əlli yapışıb özünü ayaqlarımızn altına çatdırmaq istəyən dalğalar çox doğma idilər. Onlara qeyri-adi hörmət etdim bir anda.
Arada başımı qaldırıb günəşin batmaqda olan halı ilə işıqlandırdığı üzüvə baxırdım. Yarıciddi-yarızarafatcıl görünürdün. Səni sevdiyimi hər şeydən daha yaxşı bilirdim. Bundan əmin idim. Barmaqlarımız bir-birinin arasında idilər. Sadəcə ovuc içləri sevişirdi. Sən hansısa bir hadisə haqqında danışırdın və sözün bitdikdə yavaş-yavaş barmaqlarını açıb, sonra daha sıx sarırdın əlimi. Sahilin ucu-bucağı görsənmirdi. Sanki heç bitməyəcəkdi. Bunu düşündükcə sevinirdim. Səninlə sonsuz bir sahildə sonsuza qədər bu cür əl-ələ gəzə bilərdim.
Sonra hardansa bir qaya peyda oldu. Onun üzərində oturub günəşin batışını izləmək istədim birdən. Sən qayanın üstünə çıxıb günəşin batışını izləyə bilərikmi deyə soruşdun. Bunu hər zaman edirdin. O qədər həqiqi idin ki... Razılaşdım və bir anda özümü qayanın üzərində oturarkən gördüm. Sən məndən arxada oturmuşdun. Qayanın üstü qupquru idi. Sakit külək əsirdi. Məni qucaqlamışdın. Mən də səni. Daha da yaslandım sənə. Daha da sığındım. Mən həmişə etdiyim kimi içimi çəkəndə sən məni daha da bərk qucaqladın. Elə bil üşüdüyümü düşündün və soyuq olmasın deyə əllərinlə məni isitməyə çalışdın. Bu səndə əla alınırdı. Bir az öncə bədənim küləyin məsumluğu ilə tanış olmuşdu. Ancaq sən məni narahat edən bu soyuqluğu tez uzaqlaşdırdın. Sənə güvənirdim. Hər nə olursa olsun, məni hər şeydən, bütün pisliklərdən, bütün təhlükələrdən qoruyacağından əmin idim. Bu güvəni verə bilmişdin. Bəlkə də sadəcə məsum bir küləyi məğlub edərək etmişdin bunu, amma heç fərqi yoxdu. Əsas o idi ki, sənə inanırdım və səni sevirdim. Hərdən əlinlə uçuşan saçlarımı qulağımın arxasına ötürürdün, sığallıyarmış kimi. Nəvazişlə. Böyük bir incəliklə.
Başımı sinəvə qoymuşdum. Əllərim belinə sarılmışdı. Aşağıdan yuxarı səni izləyirdim. Heyranlıqla. Belə olanda çox şirin görsəndiyimi bilirdim. Sənə şirinlik etmək isə ən sevdiyim şeydi, bilirsən. Harasa baxırdın. Uzaqlarda harasa... Gözünü sıxmışdın mənim kimi.
“Məni sevdiyivi denə, Xan!” dedim içimdən. O anda gözlərin uzaqlardan qopub gözlərimə zilləndi. Udqundum. Mənə körpə bir uşağa baxırmış kimi baxırdın. Sol əlin üzümdə, yanağımda gəzişirdi. Yavaş-yavaş. “Bu an heç bitməsin, Allahım!” dedim...
“Lalə!”
“Hmmm...?” dedim həyacandan öləcəkmiş kimi. Gözlərimdən ürəyimə, beynimə axırdın sanki. Bütün düşündüklərimi oxuya bilirdin. Gözlərimi ala bilmirdim səndən. Sən çox rahatlamış və çox xoşbəxt görünürdün. Dodaqlarında çox səmimi bir gülümsəmə vardı. Sanki illərdir axtardığını nəhayət ki, tapa bilmişdin. Mən də xoşbəxt idim. İllərdir axtardığının mənim olmağım, bunun səni belə xoşbəxt etməsi dünyaları mənə bağışlayırdı.
Dərindən nəfəs aldın və vermədən “səni sevirəm” dedin, sonra verdin bu derin nəfəsi. Üzərindən bir ton yük götürülmüş insanlar kimiydin. Qarşılığını bilirdin çünki. Bilirdin ki, gözlərindəki gözlərim yalan deyil. Bu əsl sevgiydi.
Bilirdin...
Mən də gülümsədim sevincdən. Mənim sevindiyimi görəndə sənin gülümsəmən dodaqlarını bir az da yana çəkdi. Sən də güldün. Mən gözlərimi bir neçə dəfə qırpdım. Bu an ərzində gülməyim heç keçmədi. Bu cür anlarda həmişə utancaq xasiyyətim məni düzgün sözü tapmağa çətinliklər törədərdi. Amma səndən utanmırdım. Sanki bütün həyatımızı birlikdə keçirdib, birlikdə yaşlanıb, birlikdə qocalan iki insan idik. Səndən niyə utanmalıydım ki?! Səni sevirdim axı.
“Mən də səni sevirəm” dedim. Düzgün kəlimələr ağzımdan öz-özünə çıxırdı. “Heç vaxt ayrılmayaq, yasi? Bütün həyatımızı birlikdə keçirdib...” sözüm yarıda kəsilmədi, ancaq cümləmin davamını birlikdə bitirdik. “Birlikdə yaşlanıb, birlikdə qocalaq” əslində dəhşətlər içində eyni anda eyni şeyləri dediyimizə görə təəccüblənməli idim. Amma heç də belə olmadı. Buna çoxdan alışmışdım.
Səni çox sevirdim. Düz gözlərimin içinə baxırdın... yaxınlaşdın...
Sonra məni öpdün. Uzun-uzadı, dərin, ehtiraslı, fəlsəfi bir öpüş deyildi bu bəlkə, ancaq sevgi dolu öpüş idi. Səni öpərkən utanmırdım. Yenidən başımı sinəvə qoydum. Yenidən saçlarımı sığallamağa başladın. Sevgim yenidən artdı.
Artıq təəccüblənmirdim. Bununla fəxr edirdim. Sevgimizlə fəxr edirdim. Bir-birimizin fikirlərini oxuya bildiyimiz üçün çox sevinirdim. Bu, münasibətimizdə heç vaxt yalanın mövcudluğuna izn verməyəcəkdi. Sıxca bir-birimizə sarılıb günəşin batmağını izləyirdik. Günəş də sanki biz daha çox bu vəziyyətdə qalaq deyə gec batırdı.
Hava yavaş-yavaş çəhrayı və mavi rəngin qarışığına boyanırdı. Buludlar düz başımızın üzərindən nazilərək günəşə can atırdılar. Buluda yox, siqaret dumanına daha çox bənzəyirdilər. Dəniz daha dalğalanmırdı. Günəş bizə əl sallayırdı. Bizdən ayrıldığına görə utanıb qızarmışdı. Ay görsənirdi. Tamdı. Bütöv bir ay. Yupyumuru. Bədirlənmişdi. O da ən azı günəş qədər bizə hörmət edirdi. O da ən azı dəniz qədər bizi sevirdi. O da bizim dostumuz idi. Onun işığında səni yenidən görmək istədim. Gözəl effektləndirilmiş ağ-qara rəsimlər kimiydin. Yenə də gülümsədin mənə baxanda. Danışmırdıq. Sakitcə oturmuşduq. İkimiz də sözlərə yox, baxışlara önəm verən biriydik. Biz bir-birimizi tamamlayırdıq. Yuxu kimi deyildi. Həqiqət idi. Sadəcə bir az gələcək. Bir az vaxt lazım idi bizə. Bir az zaman. Hər şeyin qədrini biləcəkdik. Biz ayrılmayacaqdıq. Həmişə bir olmuşduq və bundan sonra da bir olacaqdıq. Gəlib-gedənlərdən çox fərqliydik. Qalıcıydıq. Amma axmaq deyildik. Çünki özümüzə güvənirdik. Çünki sevirdik. Ən önəmlisi də bu idi.

пятница, 20 мая 2011 г.

Gəlsin...

Bu gün iloyla evə gedəndə metroda Onun sinif yoldaşı Turalı gördüm.
İstiyərdim onunla danışım.
Amma   alınmadı. Mən düşməliydim, o isə yox.
Nəysə belə bir şey oldu bu gün...
O gün də qrup yoldaşlarım Onun özünü metroda görüblər. Məni soruşub.
Mən onu heç kəsdən soruşa bilmirəm amma.

среда, 27 апреля 2011 г.

Bu gün studioda idim

Bu gün getmişdim studioya. Mən ora gedəndə məşhur və çox sevilən bir reperin səs yazılışı gedirdi.
Əla bir yazılışa  qulaq asandan sonra Synapsın  əhliylə  o sevdiyim söhbətlərdən  etdiy  bir az...
Bu uşaqları sevirəm )))
Sora  mən mahnı  oxumaq üçün mikrafon arxasına keçdim .
"Mavi gözlü zəhrimar sifətli qız kimi"ni yazdırdım... Sora  Kamil gəldi.
Yazılışı o götürməyə başladı... Daha  sonra  səsimin hələ  batmadığını görüb ikinci mahnını yazdırmağa başladıq Kamillə. "Bu gün səndən yazdı qələm"  dedim mikrafona. Nərmin Nöqtənin eyni adlı yazısından təsirlənib yazmışdım bunun sözlərini....
Mən oxuyarkən iki nəfərin mahnıdan təsirləndiyini gördüm
və ... sanki  dünyanı mənə bağışladılar onlar.

Bircə Rəna da gəlsəydi ))) hər şey əla olardı...
Onu görən bilən tanıyan varsa. xəbər eləsinlər =)
Kefim xeyli yaxşıdı !

воскресенье, 24 апреля 2011 г.

Uçun ala

Artıq çoxdandı ki bekarçılıqdı.
Nə etdiyimi bilmirəm. İşim gücüm yoxdu. Kankret avara həyat sürürəm. Belə, çox qəribə bir abu-havadayam.
Onsuzluq həmişə 2-3 aydan sonra başıma vurur. Qızılca kimidi yeee O.
Yoluxandan bir müddət sonra təsirini hiss  edirsən. İştahan qaçır. yerin səhv düşür. Uzaqlaşmırsan heç kəsdən, amma ağzıva gələni də danışıb camaatı özündən uzaqlaşdırırsan. Hörmətin azalır. Səni yola verirlər.
Əgər sən rap yazırsansa və raplərin bəyənilmirsə, sevgilivin səni tərk etməyi yaxındır.
Əgər sevgilivin bambılı qrup yoldaşları varsa, sevgilindən böyük bir düşüncə performansı da gözləmə.
Əgər sən tək və silahsızsansa, metroda basabasa  düşəcəksən.
Əgər dişin ağrayırsa, çək qurtar.
Sənin həyatında heç Rəna olub? Məndə olub.
Hər adama öz Rənası əzizdi. Deyir ki, sən Rənaya Xanın gözüylə bax.
Hərdən də deyir ki, "Orxan, nolar daha qopaq bir-birimizdən. Alınmır. Biz bir yerdə ola bilmirik((("
Hə indi neyniyək? Razılaşım deyirsən? Ala boş-boş danışma...
Blin... istəsəm burda lap söyüş də söyərəm. Bu bloq mənimdi. Amma söymürəm.
Əgər siz, dəftəri uğurusz raplərlə dolu olan rapersinizsə və sevgiliniz sizə qulaq asmırsa, deməli ayrılıq yaxındır.

Kankret siqaret və içki istəyirəm. Bir dənə də fahişə... Amma gözəl fahişə. Onunla dərdləşim.
Siqaretimi yandırsın və üzbəüz oturub çəkəy - içəy eee... Sora gecənin bir yarısı kapüşonumu geyinib çıxım onun evindən uşaqları ağlamağa başlayarkən. Əri xaricdədi axı...

Belədi ki, ürəyim nə istəsə yazacam burda. Söyüş də söyərəm istəsəm.
Kefim pisdi... mənə ilişmə. Xətrivə dəyərəm yoxsa... Açıl başımnan .

пятница, 22 апреля 2011 г.

Dəniz də dalğaçıdı ?

Sevgi deyə bir şey var həyatda,çox gözəldi !
Daha gözəl bir  şey də var, adına "eşq" deyirlər.
Hamı deyir gülür, mən də onlardan özəndim.
Qal yanımda, qal bir az da. Cəmi beş dəqiqə.
Oxşatma özüvü, dəniz, bənzəmə mənə.
Vurma əlivi-qoluvu qayalara, dalğalanma.
Bu mənim ideyamdı, mənim əzab çəkmə tərzim.
"Dəniz gözəl, dəniz super, dəniz ağlasığmaz"
Bəsdi. Danışma. Eşitmək istəmirəm.
Yalanlarıvı, bəhanələrivi, açıqlamalarıvı.
Bəsdi. Dedim ki, eşitmək istəmirəm.
Qaytar heç olmasa şeirli açıqcalarımı.
İndi havadı, indi oddu, bir də qumdu dostum.
Suyla aram bir az pisdi, gərək bağışdasın.
Elə mələk tapın ki, tək qanadla ağ bir qələmi olsun.
Mən qocaldıqca saçımı naxışdasın.

Sevgi deyə bir nağıl da vardı üç almalı.
Biri mənim, biri mənim... Yaxşı, biri də sənin.
Ağlama. Meyvədi də, yeyib sevmir adam.
Heç bilmirəm mənim xoşuma gəlir sənin nəyin.
Bu aralar bir qədər təkəm, ya sən?
Gözlərinçün darıxmışam çox, ya sən?
Yazdım hər şeyi, unutmadım ki nəyisə?
hələdəmənəqarşısərt.... əşşi... nə isə...
Anamı çox sevirdim. Ağla anam, gözdə yaş azalsın.
Hazırlıqda sevinmişdim ki, ağladım universitetdə?!
Sən də çox sevirdin, başıma sığal çəkdin, mən qızardım.
Oğlun ölsə-qalsa harda olsa, bil ki, Cəhənnəmdə.
Gözləyimmi səni mən orda, mənimlə qalmasan da.
Yanıma gəlməsən də, gözümə bir də baxmasan da.
Gözləyimmi səni mən orda ikimiz haqda düşüncədə?
Utandım, amma gözüvə baxdım yerinə düşüncə də...

Mavi gözlü zəhrimar sifətli qız!

Mavi gözlü zəhrimar sifətli qız kimi Bakı mənim yaddaşımda dərin izlər qoyub.
Kəsik-kəsik musiqi səsi və ağlayıram.
Öyrəşməyə sən də başla, mən də başlayıram.
Vahiməli, qorxulu külək səsi deşir təbil pərdələrini yox, təbil divarlarını.
Xurcununda min bir tale, min bir xəbər olur çöllər aşıb səhralar keçən çaparların.
Tanıyır axı hər insanı kimsə ən yaxından.
Birinci olmaq istəmişdim hər zaman axırdan.
Kitabları da sevirəm! Yəni... kitaba  baxır da...
Önümə çıx. Gözümü yumum, keçim sağından.
Bakı "müasirləşir". Mənsə uzaqda.
Fərqlənirmi indi bu günüm digər günümdən?
Darıxıram... Şair yaxşı deyib:
Xəbər alsam, nazlı Bakı, o neft qoxan gülündən.

Mavi gözlü zəhrimar sifətli qız kimi üzmə bilməyən şəhər adanı qısqanır.
Dəniz sahilində ayaqların salıb suya
Ancaq arada dalğa dəli olanda islanır.
Belə keçir ömür. Yaşa, doğul, öl!
Yadıma düşür Təlxək gündəliyi və Böll.
O illərin çörəyi, həmin qoxu, həmin ətir.
Zaman, geriyə ax. Məktəb vaxtımı gətir.
Gətir qapısı daş olan futbol meydançasın.
Yaşıl xalçalar saxtakarlıq abidəsi.
İndi məhlə bütün maşınlar və dayanacaqdı.
Bilirdim ki, əyləncələr böyüdükcə dayanacaqdı.
Bir cənub şəhərində uşaqlığın son gecəsin istəməzdim.
İstiyərdim həmişə uşaq qalaq.
Darıxıram... Şair yaxşı deyib:
Dön, bir bizim Bakıya bax, sahilləri çıraq-çıraq!

четверг, 21 апреля 2011 г.

Ad vacibdi ki ?

Mən robot deyiləm ki. Bir az da sən fikirləş.
İkimizin də yerinə düşünə bilmərəm axı.
Mən çıxmıyım üzə. Ondansa sən dərinləş.
Qucaqlaşan hamıya bir az irəldən kədər baxır.
"Sevgi gəlib gedərdi" deyən hamı gəlib gedib.
Hamıya sübut edək ki, bizim kimi də sevənlər var.
Razısansa, əlini ver mənə. Gəl gedək.
Gəl gedək canım, gəl gedək gözüm, gəl gedək!
Neyniyim ki indi ayrıyıq, unudum deyirsən?
"Məni daha sevmə" deyən qız, yox, bu sən deyilsən.
Sən deyilsən bu, deyilsən mənimlə küsən.
Sən əslində bax, burda, lap ürəyimdəsən.
Mən olum isti səhra, sən də çön dərin dənizə.
Sən də mənim tayımsan, sən də dəlisən.
Mən də dəliyəm, mən də sənin tayınam.
Qoyma bir günlük belə yuxudan ayılam.

Mənim içim də boş. Ürəyi daşdan nə çıxar ki?!
Xəbər göndərmisən "dönməyəcəm". Neyniyim ki?
Dönmə heç. İstəsəydim hələ də yanımdaydın.
Fələk başqa şey, mənsə başqa şey saydım.
Hərdən rastlaşırdıq universitetdən evə gedəndə.
Körpə şirin ürək vəhşiləşib sən gedəndən.
Hamıya qarşı qəlb qıranam, hamıya qarşı sərt.
Həyat mənlə prinsipdə, bilmir mən də tərs.
Bilmir mən də qorxularla böyüyən qorxusuzam.
Bir gün bütün yaxınlarımı ölümümlə qorxuzacam.
O gün bu gün deyil deyə dostlar narahatdı.
Çünki qorxu şəxsiyyətin əsl vizit kartı.
Nə qədər artı, plyus, sonda yenə də vur sıfıra.
Qırmaq istəsəm də, zəncirlərimi vur qıfıla.
Hətta mən də düşünə bilmirəm, qələm nə yazsın?!
Həyat gecələr işləyən kök qadın kimi həyasız!

Bu gün səndən yazdı qələm!

Uzaqlardan gələn ətir!
Sevgilimlə gəlmirsənsə, sevdiyimdən xəbər gətir.
Al bu xəbəri apar ona, halımı bilsin gərək.
Heç nədən də qorxma. Kimsə tapmaz səni, verməz ərə.
Hər küçən günümdə, hər keçən ayımda bir az ümid itir və sən də mənim üçün ölürsən hə ?
Bax, göndərdiyim xəbər necə də xoşdu?! Bəzədim hisslərimlə, mehribanca əl uzadır. Görüşsənə...
Danış, uzaqlardan gələn ətir.
Əmi canı, qorxusu yoxdur qəti.
Mənə dedilər "unut o qızı". Mən duymadım ki, yaza bilim daha bir neçə sətir.
Sevgi qonaq gəlir, canım! Qapını döyür, aç!
Harda gördün balaca işıq ona doğru qaç!
Saç nur gözlərindən, əgər sevirsənsə.
Sınar bütün şəxsi prinsiplər əgər sevirsənsə.
Bu gün səndən yazdı qələm.
Çətindi cümlələrlə dil tapıb bütövləşmək.
İndi kimsə evdə isti çayla kefdə.
Mənsə hələ də sənsizliklə oturub içirəm soyuq qəhvə.
Qopdum özümdən o dünyalı-bu dünyalı.
Mən varlı hisslərimlə tam bir dəli saraylı.
Arada gül-danış... ey ağır qadın.
Sən haqda düşüncələrimi son zamanlar yadırğadım.
Bu gün lənət olası ad günümdü, sən hardasan?
Bir mesaj qışda soyuq vaxtda yazarmısan.
Buynuzlu gülərüz şeytan zülmkardı, sənmi?
Adın damarlarımı bəzəyir indi, görürsənmi?
"Allaha and olsun ki, bir də heç vaxt sevmiyəcəm"
Deyənlərdən deyiləm və heç vaxt da olmayacam.
Nədi bu naz ?! Qurtar bu həsrəti.
Hələ də ordasansa, tanrı bilən məsləhətdir.

Salam... Uğurlar...

Sonunda mən də kəsdim mesajlarımın ardın-arasın.
Yanıma da gəl, mələklər bizimçün od qalasın.
Yenə isinək qucaqlaşıb eyni od və közdə.
Məni yenə sev. Baxışların deyir "bir az gözlə".
Sevgi üzdə dəyişib, amma dəyişmiyib mahiyyəti.
Məni belə bil, bir az tündləşibdi xasiyyətim.
"Hamısını sil" dedin "yaddaşından xoş anların"
Üzünə də baxmaq olmur artıq insanların.
Bilirəm doğru insanlarla yarışmaq da olmur.
Onlar evlilikçün yaranıb, mənsə sevməkçün.
Bilirəm ailə gözəl şeydi, amma belə də olmur.
Varlı insanlar da varkən rapçi sevməkçün.
Yaba daba du... Ürəyim indi sanki daş dövrü.
Qəribədu bu... Yozmaq laızm. Yuxuda daş gördüm.
Gecələrim öldü, amma... səhərimi doğdu onlar.
Hər səhər mənim üçün bir əzab demək!

Blin

Yoxdu yeee yanımda. Çıxıb gedib.
Ürəyim elə əsir ki... Hərdən Universitetdən çıxanda görürəm onu. Tez Amirə deyirəm ki, səncanı gəl gedəy o biri tərəfə, görməsin məni.
Bilirəm, o da görür məni mən onu görmüyəndə. Hal-hazırda heç kəsi istəmirəm ondan başqa.
Qəribə vəziyyətdi valla. Bu qədər yazırsan, yazırsan, yazırsan, amma nəticəsi yoxdu.
Heç nəyə həvəsim yoxdu.
blin... nə xiyar günlərdi ala... hamı yola verir...

среда, 2 марта 2011 г.

Əvvəli qəlizdir!

Qəhər kitablarda özünü göstərən bir anlayışsa,
Həyat qəhərlərimi öyrədəndi məktəb üsulu.
Kədər içimi didən qurdun yaxınıdırsa,
Təlim həyata daxil olan tələbələrin yaşam üsulu.
Deməli kədərin yaxını olan həminki qurd elə bu dərddi.
Sevinc kədəri sevib həsrətiylə solan qızılgüldü.
Arzularım bağbanımdı. Bağ da düşmən sevinclərimə.
Solan gülümə aşiq olub həyatı bitirən bülbülümdü.
Demə ki, bir az qəlizləşdi. Liriklərdə sadəyəm mən.
Ümidi içimə salan mələyə salam olsun, böyük Allah.
Əzabı dar günümdə tanıdım. Dostum oldu sadiqanə.
Danışa bilir hamı yalanca. Bu nə hünərdi?! Maşallah!
Çəpəki baxma güzgü. Özümü düşünməklə aram yoxdu.
Lirik rübailər yazdı qələm. Mənsə, rapə həvəsli.
Sarma, qalsın. Öləcəm onsuz, Loğman həkim. Yaram çoxdu.
Küləyə bülənim, yağışı içim. Qapanım özümə bu son fəsli.

Məncə, həyatı tale edə bilən şey yalnız ölümdür.
Tale var olmaq üçün ölümə yalvaran səbəbdi.
Vahid okean gözlərimdən axan mənim qan gölümdü.
Hər istəyim olmadıqca... nəticələr qəzəbdi.
Əcəl mehman oldu sətirə. Qələmin qanını axıtdıqca.
Fizulilər, Nəsimilər... Balacalaşdım oxuduqca.
İl ötdükcə anladım ki, yaxşılar və pislər olur.
Dəmir qalıb paslanır, və... qızılın əzəli palçıq olur.
Ürək torpağında ilk toxumam. Köküm dərinlərdə.
Yabanı ot misalı sulamasan da, cücərərəm bəlkə.
İllə nəyisə sevəcəyəmsə, bu özüm olacağam, inan ki!
"Dəli olanda həyat asandı?" - sualın verdim özümə sanki.
Yaradılışını çözməmişəm şeytanın da, insanın da.
Çalışsam da sevmədilər. Olsun, özümə qapanım onda.
Hər gün ölümə bir az yaxınlaşıram, yaşamaq istəsəm də.
Hər gün özümü dərinə dənizə atıram, üzmə bilməsəm də.

понедельник, 28 февраля 2011 г.

Superman-ə hazırlıq ! (kiçik bir hissə)

...

Bir dəfə yenə gecə vaxtı hündürlükdən şəhərimizi seyr edərkən mənə demişdi:

“Uça bilmək bəzən elə də gözəl bir şey olmaya bilər. Amma bəzən dünyanın ən gözəl hissi uça bilmək olur. Əllərivi yana, qabağı, ya da sadəcə olaraq böyrüvə salaraq özüvü boşluğa buraxırsan və bu an gözlərivi qətiyyən yummamalısan. Uçmaq istədiyin yeri görməlisən və bir anda orada tapırsan özüvü. Necə gedirsən heç özün də anlamırsan. Sürət nəfəsivi kəsə də bilər, ancaq sən o an ərzində heç nəfəs də almırsan. Sadəcə ona görə ki, nəfəs almağa vaxtın olmur. Bir anda gah burda, gah da digər yerdəsən. Amma bu heç vaxt eyni anda iki yerdə olmaq demək deyil. Sürət önünə keçə bilmədiyimiz zövqlərimizdən biridir. Bəzən daha da sürətli olum deyərkən, daha çox zərər çəkərik. Bəzənsə, yavaşladığımıza görə üzülürük. Eynilə səninlə Lalə arasında olan gecikmə kimi. Azacıq ləngimə və siz ayrısınız. Gecikmənin və tələsmənin orta yolunu tapmaq çox çətindir. Mənimçün çarə çox az hallarda zamanda səyahət olur. Bundan nə qədər əzab çəkdiyimi ölən yaxınlarımdan bilirəm. “Kəpənək effekti” kimi bir şeyi düşün. Onda anlayarsan məni, bəlkə. Bəlkə də, nə vaxtsa zamanda səyahət edib yaxınlarını qurtarsan, gələcəyin faciələrini anlayacaqsan. Zaman belədir. Qəddar və rəhmsiz. Hətta mən belə onunla bacarmıram. Nə qədər güclü olsan da, heç vaxt zamanda səyahət etmə, əziz dostum!”

Mənsə, hər zamankı kimi böyük bir diqqətlə ona qulaq asırdım. Gözlərimsə uzaqlardan yanıb sönən işıqlarda idi. Onlar mənə zövq vermək üçün bəzən uzaqlardan gözlərimə qədər olan məsafəni ustalıqla dəf edirdilər, hərdənsə dadı damağımda qalsın deyə yarı yolda Xəzərdə boğurdular özlərini. Bəlkə də, mənim kimi gecə vaxtı dənizə zillənən başqa bir gözə dəyişirdilər gözlərimi. Bilmək olmaz. Amma mən uçmağı həqiqətən də çox arzulayırdım. Supermen kimi olmaq yox, amma bircə gecəlik Xəzərin üzərində uçmaq. Bax bu əsl ləzzət olardı.
Sakit Xəzər. Suya toxunan barmaqlarım. Dəniz üzərindən cəmi bir neçə santimetr yuxarıdayam və son sürət irəliyə doğru uçuram. Möhtəşəm hisslərdi bunlar.
İndi bütün bunları xatırlayanda uça biləcəyimi hiss edirdim dərinlərdən. Onmərtəbənin damından dənizə baxıram. Məni çağırır o. Laləm də məni səsləyir bir tərəfdən. Gecə saat üçdür və binanın lap küncündən ayaqlarımı boşluğa sallamışam. Qulaqlarımda hər zamankı kimi mahnılar gedir. QaraQan deyir:

Bir gün uçacam qara qanadlarla. Gedəcəm, qalacaq nə izim, nə tozum.
Düşündüm içimdən. “O gün bu gündürmü?”.
Ayağa qalxdım. Ayaqlarım uçurumun tam kənarındaymış kimi binanın damını hasarlayan kərpiclərin lap ucundaydı. Bu gecə ilk dəfə gecə vaxtı dayım mənimlə deyildi. Onun söhbtlərini özləyirdim. Məsləhətlərini və anlamadığım fəlsəfi fikirləri üçün darıxırdım.
 Qulağımda qulaqcıqlar. Əllərim halsız bir şəkildə şalvarın ciblərində gizlənib. Həmişəki kimi başımda kapüşon. Qara. Sadiqəm əqidəmə. Yağış başlayır yavaş-yavaş. Aram-aram üzümə düşən bala damcıları xoşlayıram. Onlar da mı uçurlar? Yoxsa sadəcə onlara verilən işgəncədir bu “uçuş”? Göylərdən yerlərə uzun bir yol. YOL. Xeyir. Bu yol deyil. Bu boşluqdur. Boşluq işgəncədən başqa bir şey deyil. Boşluq heçlikdir. Heçlik yoxluqdur. Bu cür yoxluqdansa, çarpışan qara buludlarda şimşək mi olmaq gözəldir? Yoxsa, yoxluğa doğru gedən yolda möhtəşəm bir adrenalin mi? Mən hansını seçərdim görəsən? Mənim üçün də mi uçmaq sonuma yaxınlaşan bir adrenalin olacaqdı, görəsən?
Tam başımın üstündə şimşək çaxdı. Göy yarıldı sanki. İldırım “Mən də varam dünyada” deyə Allaha üsyan edirdi sanki. Sanki sakitçiliyimi, QaraQanın səmimiyyətini qısqanırdı. “Mənimlə də danışın, nolar!” deyə ağladı var gücü ilə. Bir anda  üzümə vedrədən tökülürmüş kimi iri-iri damcılar düşməyə başladı. Kapişon başımdan çıxdı. Başımı yuxarı qaldırdım. Boynumda enlənib şişən damarlarımı hiss etdim. Partlayacaq kimiydilər. Dodaqlarım əsirdi. İldırım məni əsəbləşdirmişdi. Möhkəm guruldayırdı. Əvvəl işığı, daha sonra isə səsi gəlirdi. Hər dəfə özünü göstərdikcə üzümə doğru yaxınlaşan milyonlarca amansız yağış damlasını bir saniyə ərzində görürdüm. Sonra növbəti aydınlığa doğru gizlənirdilər qaranlıqda. Dişlərimi bir-birinə sıxırdım. Yumruqlarım sərtləşirdi. Bir zərbəylə dağlarda mağara aça biləcək qədər güclü olduğunu düşünürdüm yumruqlarım barədə. Qollarımdakı Dəli Kürlər coşurdu. Venalarım alışırdı. Qan gözlərimə yığılmışdı. Artıq hər tərəfi aydın görürdüm. Damcılar asta-asta, tələsmədən üzümə dəyib balaca parçalara bölünürdü. Göylərin məni boğacağından qorxdum. Dizlərimi azca yığdım, əllərimi, yumruqlarımı göyə doğru, düz başımın üstündəki qəddar, həyasız, şüvən düşmənimə tərəf tuşladım... və... özümü havaya tulladım.
Bir anda ildırımla toqqaşdım. Beynim sirkələndi. Necə oldu anlamadım. Bədənimdən  milyonlarca voltluq elektrik keçirtmişdilər sanki. Tir-tir əsirdim. Ayağımı qoymağa yer axtardım. Amma gözlərim yumulu olduğundan harda olduğumu heç bilmirdim də. Qulağm tutlmuşdu. Heç nə eşitmirdim. Göz qapaqlarımın altından  parıldayan günəş şüalarını hiss edirdim. Adrenalin ən üst səviyyədə idi. Hərarət son həddə çatmışdı. Dumanlar çıxırdı bədənimdən. Əllərim-ayaqlarım boşaldıqca boşalırdı. Qanımın hərəkəti dayandı. Gözlərimi açdım. Gördüyüm günəş şüaları yox, ildırımın işığı idi. Daha güclü, daha parlaq. O artıq acıqlanmırdı. O sevinirdi. Sevinirdi ki, elə ilk qarşılaşmada məni knock out edə bildi. Elə ilk zərbədən ağlımı başımdan ala bildi. İndi vicdansızcasına qəhqəhələr atırdı göylərdə. Bu qəhqəhələr mənə çox tanış idi. Uşaqlığımın kabusları. Onları yaxşı xatırlayıram. Amansız və tərbiyəsiz gülüşlər. Buludların şevişmə səsi. Ah-nalələr. Qulağımın təbil pərdələri ən az uşaqlığımdakı qədər bərk çalınırdı. Qorxurdum. Əvvəlcə asta-asta buludlardan bala yağış damlası kimi endiyimi hiss etdim. Sanki belimdə paraşüt vardı. Kürəyim üstə yerə yaxınlaşırdım. Gözlərim bərəlirdi və nəfəs də ala bilmirdim. Ölümümə lap az qalırdı, ancaq adrenalin məni tərk etmirdi. Sonra birdən hər şey sürətləndi. Beynim hərəkətə gəldi və qollarımı tərpədə bildim axır ki... Amma... Çox gec idi. 5-6 saniyəyə onurğam üstə asfalta girdim. Huşum küsdü məndən. İnciyib itdi...


Gözlərim yavaşca yumularkən bir-iki dəfə qırpıldı. Səslər yavaşladı. İldırım və göy gurultusu itdi. Hər yer qaraldı. Anlamışdım. Mən azğın buludlara qəhrəman dəniz səyyahlarının böyük dalğalara meydan oxuduğu kimi meydan oxumuşdum. Elə həmin səyyahlar kimi də məğlub olmuşdum. Mən qara buludların içərisinə doğru uçmuşdum. İldırımla toqqaşmışdım və bu qədər hündürlükdən son sürət yerə dəymişdim. Sevinməliydim mi? Bala damcılar bu cürmü hisslərlə yoxluğa doğru can atırlar? Mən heçlikdəmiydim? Ölməyəcəkdim... Bilirəm...
... 

воскресенье, 20 февраля 2011 г.

Qaçasım gəlir

Hər sətirdə yeni bir dünya aç qələm mənə.
Hər döyüldüyündə qapıya qaç. Gələn mənəm?
Hər mesajda mənimlə birgə kədərlənən!
Çox uzaqdadır indi mənim bidənəm.
Sən də tələsdin deyə mən də çəkindim.
Mən də bəzənərdim. Üzümə təbəssüm çəkərdim.
Sən də bəzənərdin. Görüşümüz bir az uğursuz
alınsaydı, gecə mesajlarım da cavabsız....
Elə də deyirəm, elə bil, həyat səndən ibarətdir.
"Arada rap də yazıram" demişdim haaa... Yadıva gəlir?
Bax indi onların sayəsində özümü saxlayıram.
Hərdən gecə oxuyub-oxuyub ağlayıram.
Düzünü desəm, əvvəl-əvvəl daha çətin gəlirdi.
Sonra dostlar gəldi... Bir az öyrəşdim.
Amma yenə də istəyərdim dön geri mənə.
Başına fırlandığımız binanın xətrinə!
Sevgilim, canım, gözüm və digər gözəl şeylər.
Qalırmı səndə görən yazdığım bu ilk şeirlər?
Səninlə ilk görüşdə şərti şumda kəsdim. Amma...
Sinəmdə yaba izi var. Xırman oldu mənə məzar.
Mənə məzar qazar gözlərin, gecə baxışlım.
Mən ki təkdim həmişə. Bu mövsüm də tək yarışdım.
Otursam da gəlir qaçasım, amma gedim hara?
Dərman acı, tibb bacısı! Yaman halım xarab! :(

пятница, 18 февраля 2011 г.

Meksika arzularım

Ayrılandan sonra adam bir az boşluğa düşür, razıyam. Tükəndiyini düşünürsən, ancaq  gecə-gündüz yazırsan.
Xəstəliyimin artıq 18-ci günüdür. Sir-sifətim hələ də yaşıldı. Rendroy olmuşam lap... 

"Senin yüzünə nolmuş?" - G.O.R.A.
Meksika... 
Aleksa... Alexa da ola bilər. 
Deyirlər  ki, Meksikada hər xəyalpərəsti bir qız gözləyir.
Azca hindu aborigen, saçları dümdüz, gözlər bir balaca qıy, qəmzələr mütləq olmalıdır.
Gitarası da var. Hippy... Rəngli karavan. Saçında yaşıl, sarı, qırmızı rənglərdən ibarət bir lent. Açıq saçları gecə qaranlığıdır. Boynunun bir tərəfindən sallayır hamısını. Gülə-gülə mənim üçün gitara çalır və xırıltılı səsiylə oxuyur. 
Mən onu sevməyim, nə edim?
Maşını mən sürürəm. Yan pəncərələr açıqdı. Oturacağı arxaya edib, uzanan kimidi. Saçlarını külək uçurdur. Yolun kənarı böyük kaktuslarla dolu bir çöldür. Mahnı gedir... Təxminən belə bir mahnı:
"ooooo.... lopez, alexandro, bombuçyo, no sinyora qrasiya, andri-andri, yeppa-yeppa... ooooo"

Ooouu... Gözəl Meksika... Guya ki, biz də bu mahnını bilirik və arada bir-birimizə baxa-baxa ucadan oxuyuruq. Gülürük. Hətta ağ eliyim lap, arada boynumu qucaqlayıb öpür də... ))) Hahaaaa... Qəşəy... )))
"Sən necə də sərbəst və azadsan Aleksa! Səni necə də çox sevirəm Aleksa!" - deyə ürəyimdə düşünərkən ona deyirəm:
-Sən necə də sərbəst və azadsan Aleksa! Səni necə də çox sevirəm Aleksa. Əzizim Aleksa, ax... Səni çox sevirəm! (Dostayevski həmişə belə yazır )))hahaha.... "Əzizim Alyoşa". Yox bir... ))))
Nə isə uzaqlaşdım, deyəsən!
Ürəyimiz istəyəndə maşında yox, çadırda qalırıq. Çöldə tonqal qalayıb eyni bir qırmızı ədyala bülənib otururuq. 
Hərəmizin əlində bir çubuq, həmişə kinolarda olur eee... ucunda ağ şey, yumru, tonqala tutub bişirirlər nədi, ondan keçirtmişik çubuğun ucuna ) Bişiririk. Amma heç bilmirəm o nədi. Həmişə ondan bişirmək istəmişəm.
Nə isə də... Belə-belə Meksika... Gedəcəm ora nə vaxtsa! 

воскресенье, 13 февраля 2011 г.

Nəğme-yi Ney

Bu şeirə başlamaqçün bir az çətinlik çəkirdim.
Bu şeirə ad qoyarkən Cəlaləddindən çəkindim.
Səhrada sülənərkən azmışdım bir dəfə
Önümə çıxdı düz boyunlu, düz kürəkli bir dəvə.
Necə də xoşbəxtəm mən. Dəvəm çox orijinaldı.
Yedizdirdim, içizdirdim, tənha günlər dalda qaldı.
Yediyi qabına tüpürməzdi, amma yaman çox anqırardı.
Sadiq dəvəmdə xoşuma gəlməyən nəysə vardı.
Yemədim yedizdirdim, içmədim içizdirdim.
Özüm kirli, pinti, bitli, dəvəni çayda çimizdirdim.
Soruşdular "dəvən hanı?". Göstərəndə güldü hamı.
Dedilər "bu eşşəkdi". Elə bil ki, dondu qanım.
Qara baxışlı körpə dərviş a.k.a XAN
Həyatım bir az bataq. Qayalar mənə yataq.
Yorğandır mənə bulut. Sevgilim məni unut.
Sevgi ağ göyərçindir. Qəfəsdir ona vücud.
Düşüncə tərzi dəyiş. Aldığın dərsi dəyiş.
Düzünlə tərsi dəyiş və sonra nəbzi dəyiş
Və sonda dəyiş bircə günlük həyata baxışlarıvı.
Və sonda dəyiş bircə dəfə də olsa tanışlarıvı.
Və sonda nəfsi qat bu eqona boğ, öldür hamısın.
Və sonda şəxsiyyətləş, tarix qoy səni tanısın.
Məntiqi ardıcıllıq yoxdu. Hafiz müridiyəm.
Öyrənməli çox şeyin var. Qədim dövr mürşidiyəm.
Mövzumda time-out verdim bir az söööbət eləyim.
Mövzumda off-topic oldu, qorxma, admin özüməm.
İndidən deyim bil ki, 3-cü verse yoxdu...
ki sonda deməyəsən ki, 2-ci verse dəxilsizdi.
Ney, ney, ney, hey... Dəvəni satdım, ney aldım mən.
Səhralar dəlisiyəm, ney çalıram dolanıram.
Ey sarban, ahəstə ran, karam-e canəm mi rəvəd.
Başa düşmədin. Fəlsəfəni burda dağıdıram.

суббота, 5 февраля 2011 г.

Yazmayacam dedim və sonda yazdım.

Saat 00:44-də  başladım bunu yazmağa.
Həmişə bu vaxtlar olanda Rənaya mesaj yazardım. Onun elə xoşuna gəlirdi ki mənim mesajlarımı oxumaq ! )))
İndi çoxdan yatmış olar. Hə... Yatanda elə gözəl olur ki. Ağlayanda da.
Bir dəfə dediyinə görə mənim üçün ağlayıbmış da. Mən ona başqa bir qızı tərifləmişdim, o isə yatmayıb bütün gecəni ağlayıbmış. Nə bilim... Həyat gözəldi, doğrudan da...

Səhər tezdən duran kimi telefonu əlinə alırmış və dalbadal yazdığım mesajları oxuyurmuş. Tam 6 mesaj.
Mən hər gecə Rənaya 6 mesaj yazardım. O da mənə səhər bir mesaj yazardı. Məni çox sevdiyini deyərdi )
Mən də "mən də" deyərdim.
O küsəndə elə şirin olur ki! Başını salır aşağı,dinmir, danışmır.
Şirindi mənim sevgilim.
Yox, olmadı... Bir də...
Şirindi mənim sevdiyim. Hə... Bu başqa məsələ.
Suçiçəyi olmuşam axı. Yazmışdım dünən. Bu gün səpib hər yerim. Qaşınıram. Mama gəldi səhərin gözü açılmamış köynəyimi yuxarı qaldırıb bütün qırmızı nöqtələri zilyonkaladı ))) Soyuq idi zilyonka. Qıdığım da gəldi arada.
Bütün üzüm yamyaşıldı. Əsl Qrinç olmuşam. Ən az onun qədər eybəcər, ən az onun qədər paxıl.
Paxılam, bəli. Həm də çox paxılam.
Son bir neçə aydır ki, ümumiyyətlə  kitab oxumuram. Yaxşı, bəs bunu niyə yazdım bura?
Soyuq olur ayaqlarıma. Mənim kompyuterim pəncərənin yanındadı. Yerim buz kimi məni gözləyir.
Ay özüm, elə et ki, axşam yuxuda Rənanı görüm.
Hə, bir də... bir də... Mən onu çox sevirəm. Yazdığım hər sətirdə, baxdığım hər filmdə, oxuduğum hər kitabda və danışdığım hər insanda o var. O mənim üçün hər yerdədir.
Mən də onu öz otağında sarıb yatızdırmışam artıq. Ulduzlu divar kağızıyam.
Gedim yatım )))

Saat 01:01

Rocky Balboa

Optimizm və əzmkarlıq abidəsi.
Bu insanı sevirəm!

пятница, 4 февраля 2011 г.

Xoş bir zəhlə

Bu qədər acı yetər. Gəl... Gəəəl...
Bəsdi bu qədər vərəqə içimi tökdüm, yetər.
Məni burax, azad eylə ruhumu Tanrı.
Pis heç bir hərəkətim də yoxdu özümdən utanım.
Mən bura özümü çəkmirəm ki, kimsə məni tanısın.
Məndə mən varam. Qalanlar ölsün hamısı.
Lazım deyil heç kim. Lazım deyil heç nə.
İnanın... Yaltaqsız da keçinərəm.
Beyindəki sözlərin yüzündən birin seçirəm.
Gündüzlər sənin olsun. Mənimdir bu gecələr.
Heç nə oxumasın deyə bir azdan çıxardacam...
şşş... Son dəfə gözümə bax.
Sizin kimi yaşıyacamsa, ömrümə sıçaram.
Sizinlə olan Cənnətdən Cəhənnəmə qaçaram.
Balaca hədəflərim yoxdu beyindən dolayı.
Kaş ki, Günəş, ya da Əzrayıl mən olaydım!
İndi qaralır hamı. İndi Ağ ev də qaralıb.
Nə qədər yığırsan? Dünyadan kimə nə qalıb?
Apokalipsis... iki il... fsyo...
Rahat olacaq sonuvuz, məncə, çox.
Fikirlərim bekarçılıqdan bezib iş axtarır.
Dözülməzdi ən xoşbəxt anlarda belə diş ağrısı.
Yaşaya bilməyənlərə çözümdü intihar.
Necə deyərlər "qonşun pisdi köç qurtar".
Sevgilin də nazlıdırsa, məncə çək onu.
Yandır eşqini. Dumanı sovur.
Gələni qovur mənim tərsliyim.
Hər yerdə səni görürəm. Görəsən, mənə nolur?
Mənə gələn "xoş" sonra məndən gedir "zəhlə" kimi.
Bundan sonra iki sətir nədən danışım?
Əvvəl hamı gəlir, sonra itir bir nəfər kimi.
Yoxolmanın vaxtı uzandıqca öyrəşmə başlayır.

четверг, 3 февраля 2011 г.

Suçiçəyinin törətdiyi fəsadlar

Əslində heç nə yoxdu ağlımda. Görək nə alınacaq.

Rəsmiyyətdən zəhləm gedir və özünü dartanlardan. Axır vaxtlar avtobusdan düşməkdən də zəhləm gedir.
Ayran içəndə qapağını açmaqdan da. Burnum yekədi də, bilirsən axı... Ona görə ayranı içəndə burnum imkan vermir.
Avtobusda  arxada oturmağı sevirəm, amma hər dəfə düşəndə nəsə bir kompleks yaranır qəpiyi uzatmağa  qarşı.
Uzatmaqla aram yaxşıdı. Sürücülərdən xoşum gəlmir ey...
Bir də avtobusdakı yarısı oturacaqdan çölə fışqırmış gombul xalalardan. Dayanacağa gedəndə özümə yalvarıram ki, Ay özüm, elə et ki, orda tanış adam olmasın. Yoxsa səmimiyyətsizcə görüşəcəm onunla. O da üzümə ikiüzlü-ikiüzlü gülümsəyəcək.
Bibimoğlu universitetdə məni axtaranda çox vaxt onun zəngini açmıram. Çünki çox danışır. Başım xarab olur. Özü də bilir ki, onu yola verirəm. Əmim oğlusa maraqlı insandır. Ona bu yaxınlarda suçiçəyi yoluxduracam. Daha da maraqlı olacaq.
Bu gecə sayaxlayacam və qarabasmalar görəcəm, bilirəm. Qızılcanın canı çıxsın. O öyrədib.
Özümə gələ bilmirəm, o yar məni atıb gedən gündən. Elləmi qaqa, elləmi?
Forum başımı qatır. Mənəm, Zikodu, bir də Chess... ancaq biz yazırıq, biz oxuyuruq. Yenə də ora doğmadı.
Facebook - gavur kızı ... ıııyyy...
Son vaxtlar raperlər də özünü dartır  eee sağa-sola. Nə isə heç bəyənmirəm "az-rap"in userlərini.
Çox boşdular. Çox boşmu ? Boş onsuz da boşdur... Çox boş necə olur ki?
Sayaxlamağa başlayıram artıq.
İnsanın bloqu olmağı nə gözəl şeydir?! ))) Ürəyin nə istəyir yaz, bas-bağla getsin.
Kitabım çıxsaydı, başqa kitab yazmağa başlayardım. Kitab yazmağa başlamağı çox sevirəm. Girişlər ən sevdiyim hissədi.
"Gregor Samsa bir gün səhər yatağında iyrənc bir böcəyə dönüşmüş halda oyandı"
Franz Kafka... ))) Gördüyüm ən dahi giriş... Kafka deyilənə görə babat girən olub.
Gedim girim... Foruma...

среда, 2 февраля 2011 г.

Çəkilmə - Qabarma

Bir az kədərdən içim. Bir az da dərd dadım.
Gecəni sığalladım ki, saçlarını xatırlayım.
Qoyum özümdə qalsın, boş verin fikirlərimi.
Mən orda görünmərəm. Çəkməyin şəkillərimi.
Açmayım sirlərimi, tökməyim ortalığa.
Günəşi sevdim, amma dostluğum qaranlığa.
Məni tanımasan da, heç olmasa özünü tanı.
Bəlay-i eşq ilə qıl aşina məni, Tanrı.
Sənin sahilində çəkilmələr, qabarmalar.
Mənim suyum quruyur. Nolar, ağla, qabağın al.
Ağla mənim üçün. Ağa gözlərimə.
Məni görəndə sevinərsən deyə görünmürəm.
Tək yatmaqdan bezdim artıq. Tez gəl, qurtulum.
Quraqlıdır. Gəl. Su ol bir-iki qurtum.
Sonuma on il qalır. Yoxsan, hələ də təkəm.
On ilə xoşbəxt evlilik də sığışdırdıq bəlkə?
Bu gecə mənlə qal. Dünya turuna çıxaq.
Bu gecə mənlə qal ki, bir sönüb və bir yanaq.
İynə iynə dalınca... Zəhərlənib bədən.
Divarlar da qışqırır "çıx qaç evdən".
Çox təkəm mən. Çox təkəm mən.
Qəddarca ürəyimi sökəndən.
Mənə dənizlər... Mənə qəlsəmə...
Çox oturduq, gəlsənə tərpənək.
Nə pərdə evimə, nə də bir pəncərə...
Kamin də yoxdu, bax. Yoxdur mənzərə.
Məni düşün. Buna da razıyam.
Mən otağındakı ulduzlu divar kağızıyam.
Səni sarmışam və dörd tərəfdə çoxlu mən.
Əslindəysə, sadəcə, bir heçəm mən.
Gəl gecələr. Öp... Get...
Gəl gecələr. Öp... Qal...

суббота, 29 января 2011 г.

Saxta nigah diplomatiyası

Birdən elə olur ki, ən çox ona ehtiyac duyursan. Birdən yanındaykən ən zəhlən getdiyin adam o olur.
Birdən durduğun yerdə üstünə qışqırmaq istəyirsən. Birdən sadəcə öpmək...
Saçlarını sığallamaq, əlcəkləri olduğu halda geyinmədiyini görüb əllərini isitmək soyuqda.
Bəzən sən onun həyatı olursan, bəzənsə, o sənə həyatın acı tərəflərini hiss elətdirir.
Özünsən də bəzən. Amma heç vaxt gözlərində itmirsən. Bəlkə də, qorxursan, hə?
"Bəlkə, mən hələ sevmirəm?" deyirsən. Çox vaxt bunun yalan olduğunu anlayırsan saçını qulağının arxasına ötürüb sənə doğru gülərkən.
Bu necə yalan ola bilər ki?! Bu gülüş! Bu tək sağ yanaq qəmzəsi! Bu balaca gözlər! Ürəyimi əsdirən bu qoxu!
Bunun adı başqa nə ola bilər?! Sənin üçün gülür o. Onun ürəyi sənin üçün döyünür.
Bəzən sən onun həyatı olursan. Ən çox "getmə və bu gecə yanımda yat" deyərkən.
Qoşalaşıb siqaret çəkərkən bir-birinizə zillənmisinizmi heç? Kül üstünüzə tökülür, amma o kül buz kimidi eşqin yanında.
Bəzən sən siqaretsən o kül, bəzənsə, əksinə. Bir-birinizin içində bir-birinizdən doğulursunuz.
Duman nədi?
Sevgi... Bu zibil nə vaxt gəlir? Nə vaxt yürüyüşə çıxır və nə vaxt səni fəth edir? İşğal olunursan, xəbərin olmur.
Bu qeyri-şüuri təslimliyə "saxta nigah diplamatiyası" deyirəm.
Çoxdandı müstəmləkədəyəm və hələ də vücudumdakı hüceyrələr anarxizmdən çox uzaqdadırlar. Patriot olmayan zərrəciklərim bac da verir. Onlar bütövlükdə məni təşkil edirlər, təəssüf ki!
Amma... Görək də... Yeni bir maarifləndirmə prosesinin içindəyəm sanki.

четверг, 27 января 2011 г.

Dark knight (Dahi Joker)

Filmin bəlkə də bu qədər uğuruna səbəb Batmanin əzəli və çoxdankı düşməni şizofren Joker obrazı idi.
O menfi obrazdır. Ancaq film başdan-sona onun planları və əyləncələri içində keçir.
Batman belə onun və planlarının qarşısında acizlik çəkir.
Jokerin dərdi nə terrordu, nə də ki öldürməyin gözəlliyi. O sadəcə özünü tamamlayan müsbət bir qəhraman axtarışındadır və bu qəhrəman, sözsüz ki, Batmandan başqası ola bilməz. Batmani məhv etmək üçün şəhərin ən qəddar mafyozlarını belə Joker son dərəcə rahatlıqla yola gətirir və bunun üçün onların ümumi pullarının tam yarısını istəyir.
Batman, hələ ki, Jokerlə bacaracaq qədər böyümüş deyil.
Film haqqında :
Batmanlə polis idarəsinin qarınsız rəisi Qordon və yenicə prokuror olmuş Xarvi Dent şəhəri bütün pisliklərdən tamamilə təmizləmək üçün iş birliyinə girişirlər. Hardasa bacarırlar da... Ancaq düşünülməmiş bir şey olur.
Hardansa, Joker adlı bir şəxs çıxır və bir anda bütün şəhərdə, əhalidə Batmanə qarşı olan müsbət düşüncəni alt-üst edir. Üzündə əcaib-əcaib yara izləri olan Joker durmadan oranı-buranı partladır, kimlərisə öldürür, kimlərisə qorxudur. Səbəb? Səbəb Batman masqası altındakı insanı tapmaq və onu öldürməkdir.
Şəhər bir anda xaosa sürüklənir. Hər yer yanır, dağılır, partlayır, bir-birlərinə güvənən insanlar paranoyalara qapılır. Bütün şəhərdə qaçaqaç düşür.
Bütün bunları Joker cəmi bir neçə gün ərzində edir?
Qorxu və əsəb Batmani rahat düşünməyə icazə vermir. Jokersə, sadəcə öldürür, öldürür və yenə də öldürür.
Filmdə ən sevdiyim hissə Jokerin birinci dəfə tutlarkən polis şöbəsində Batmanla söhbəti oldu.
Və orda əslində kim daha ağıllıdı ortaya çıxır. Batman sadəcə uşaqdı Jokerin yanında...
Qaqa mən Jokerçiyəm )))

среда, 26 января 2011 г.

Sakit Sakit Sözlər

Salamı verməmək bir dərddi, almamaqsa başqası.
İçimdə sevgi varkən nifrətimmi başlasın?
Qoyun baş qatışsın. Gəzim, tozum, əylənim.
Hərdən təklik istəyirdim, hərdənsə təklik.
Dostlarım təkliyib yalnızlığımı bu günlər.
Bu sətrə yazdım ki, bu da gələr, bu da keçər.
O da gələr bəlkə... Bəlkə... şey...ııı...
Nəysə, nə deyəcəkdim unutdum. Boş ver.
Sağ əlinlə sol ayağın yerlərin dəyişsin.
Barmaqlar yapışsın, qaşların bitişsin.
Onsuz da vurulmuşam. Sevərdim belə də səni.
Sən mənim tək mələyim. Sən mənim tək mələyim.
Bədbinlik tərzim deyil. Yazılardır bədbinliyim.
Dəli Qeysin olsun Məcnun. Ol Leylam, olmasa Leylim.
Görəsən mən sənsiz neynim ?
Qulaq asır QaraQana beynim.
Payız olsun, kapüşonu geynim.
Önə çıxsın şairliyim.

Həyat sonda dərinə çəkəcək adamın üzünə gülərmiş.
Biri alçaq olmuş. Qan qusmuş və gəbərmiş.
Biri də lap dəliydi. Dəliyə belə fanatlıq olar?!
"İndiki dövrün gəncləri də birtəhərdi. Belə də iş olar?!
Heyif deyildi o vaxtlar?!" - Sən "o vaxtlarda" qaldın.
"Ay brat, atviçatsan?" söhbətindən iyrənirəm.
Apar uzaqlara, götür, apar qatar məni.
Demə ki "döz" , artıq yoxdu taqətim.
Gəlib də neyləmişdim ki, gedib də neyniyəcəm?
Ay ma... Ağlama da... Yaxşı, söz, evlənəcəm.
Sultan kimdi görən? Bekarlıq Xanlıqdı.
Sübh xoruzluq, rap mənlik, su da ki aydınlıqdı.
Nəysə qaranlıqdı... nnnnaaayır... kör oldum...
Yoxdu superman, Robin Qud, Koroğlu.
Bi parladımmı, inan, günəş solda sıfır qalar.
Dünya dağılanda, bəlkə, maraqlı nəysə olar...

воскресенье, 23 января 2011 г.

Personal Effects

İki bədbəxt bir yerdə xoşbəxtdir ))) 
Film haqqında o qədər şey yaza bilərəm ki!
Həyat ancaq bu qədər çılpaq göstərilə bilərdi.
Təklik, peşmançılıq, gücsüzlük, köməyə ehtiyac, sevgi, ehtiras, kompleksli ruhlar, cinayət və ölüm!
Filmdə bütün insani hisslər var.
24 yaşlı gənc milli güləşçi Walter bacısının ölüm xəbərini eşidəndən sonra hər şüyi atıb anasıgilin qaldığı kiçik rayona gəlir. Burda anasının təkidiylə psixoloji qrup terapiyasına qatılır və burda özündən xeyli yaşlı olan gözəl Lindayla (Mişel Fayfer) tanış olur. Onunla bir neçə yerdə təsadüfən rastlaşmaqları artıq talelərindən xəbər verirdi.
İki insan arasındakı sevgi ağıllarındakı bütün streotipləri sındıra bilir və onlar sevişirlər.
Linda qrup terapiyasına bu yaxınlarda öldürüldüyü ərinə görə qatılmışdı. Əslində onun və anadangəlmə kar olan oğlu Kleyin necə də qayğıya və qorunmağa ehtiyacı varmış.
Walterla aralarında çox güclü bağlar yaranır qısa vaxtda və onlar üçü xoşbəxt bir ailə şəklində yaşamağa başlayırlar.
Məhkəmə Walterun bacısının qətlində günahlandırılan insanı sərbəst buraxarkən Walterun içi qisas hissiylə dolur. Gözü heç bir şeyi görmür. Lakin sonda sevgi və vicdan bu nifrətə qalib gəlir.
Film xoşbəxt sonluqla bitsə də, insanın ürəyində melanxolik duyğulara geniş yer açır.
Ən axırda isə filmin soundtrackini deməyə bilmərəm. Mahnı damarımı tutdu.
Mişel Fayfersə, sadəcə olaraq gözəldi )))