среда, 16 ноября 2011 г.

O adam

Bir adam çıxacaq məndən
bəlkə də, illər sonra.
Amma mən qadınamsa doğmayacam,
erkəyəmsə sıçmıyacam.
Ağzımdan çıxacaq o adam,
amma mən qusmuyacam.
Daha çox püskürəcəm.
Buruğundan fontan vuracaq qara qızılın özü olacaq
mən çıxacaq o adam.
Əvvəlcə kirli-kaslı, qanlı-qumlu əlləri,
sonra bəlkə tüklü, bəlkə keçəl kəlləsi.
Kəlləsi... maraqlıdır...
Sonra bədən.
Sonra da bir cüt yupyumuru qıç qurusu.
Qadınamsa bakirədir, erkəyəmsə də həmçinin.
Vaxtı gələndə olacaq bu partlayış.
Nə on dəqiqə gec, nə on dəqiqə tez.
"Hər şey vaxtında gözəldir" deyiblər
ta bu andan.
"Kim deyib ki?" soruşsan, deyərəm  "həmişə deyən".
Bir adam püskürəcəm ağzımdan.
Gələcək ki, oldursun, öldürsün, ağlatsın, güldürsün.
Edəcək hamısını bir gün məndən çıxacaq o adam.

0 коммент.:

Отправить комментарий