O deyirdi:
Uzun bir sahildə idik. Əl-ələ. Gəzirdik. Arada həmişəki kimi sadə və ciddi zarafatlar edirdin. Bundan çox xoşum gəlir. Mən daha çox quma baxırdım. Yaş qumda yalın ayaqlarımın izləri çox maraqlı idi. Ancaq çevrilib arxamda qalan izlərə baxmırdım da. Sadəcə bu tərtəmiz palçığın barmaqlarımın arasından baş qaldırmalarına baxmaqla kifayətlənirdim. Mənim sol əlim sənin sağ əlini bacardığı qədər möhkəm sıxırdı. Amma sənin əlin mehribanlığıyla məni utandırırdı.
Hava alatoranlıq idi. Gün boyu sakit olan dəniz axşamüstü bir az dalğalana bildiyi üçün sevinirdi sanki. Dənizə çox yaxın gəzirdik. Hərdən su lap ayaqlarımızın altına qədər uzanıb gəlirdi. Sanki bizə toxuna bilmək üçün əlindən gələni edirdi. Sahildən iki əlli yapışıb özünü ayaqlarımızn altına çatdırmaq istəyən dalğalar çox doğma idilər. Onlara qeyri-adi hörmət etdim bir anda.
Arada başımı qaldırıb günəşin batmaqda olan halı ilə işıqlandırdığı üzüvə baxırdım. Yarıciddi-yarızarafatcıl görünürdün. Səni sevdiyimi hər şeydən daha yaxşı bilirdim. Bundan əmin idim. Barmaqlarımız bir-birinin arasında idilər. Sadəcə ovuc içləri sevişirdi. Sən hansısa bir hadisə haqqında danışırdın və sözün bitdikdə yavaş-yavaş barmaqlarını açıb, sonra daha sıx sarırdın əlimi. Sahilin ucu-bucağı görsənmirdi. Sanki heç bitməyəcəkdi. Bunu düşündükcə sevinirdim. Səninlə sonsuz bir sahildə sonsuza qədər bu cür əl-ələ gəzə bilərdim.
Sonra hardansa bir qaya peyda oldu. Onun üzərində oturub günəşin batışını izləmək istədim birdən. Sən qayanın üstünə çıxıb günəşin batışını izləyə bilərikmi deyə soruşdun. Bunu hər zaman edirdin. O qədər həqiqi idin ki... Razılaşdım və bir anda özümü qayanın üzərində oturarkən gördüm. Sən məndən arxada oturmuşdun. Qayanın üstü qupquru idi. Sakit külək əsirdi. Məni qucaqlamışdın. Mən də səni. Daha da yaslandım sənə. Daha da sığındım. Mən həmişə etdiyim kimi içimi çəkəndə sən məni daha da bərk qucaqladın. Elə bil üşüdüyümü düşündün və soyuq olmasın deyə əllərinlə məni isitməyə çalışdın. Bu səndə əla alınırdı. Bir az öncə bədənim küləyin məsumluğu ilə tanış olmuşdu. Ancaq sən məni narahat edən bu soyuqluğu tez uzaqlaşdırdın. Sənə güvənirdim. Hər nə olursa olsun, məni hər şeydən, bütün pisliklərdən, bütün təhlükələrdən qoruyacağından əmin idim. Bu güvəni verə bilmişdin. Bəlkə də sadəcə məsum bir küləyi məğlub edərək etmişdin bunu, amma heç fərqi yoxdu. Əsas o idi ki, sənə inanırdım və səni sevirdim. Hərdən əlinlə uçuşan saçlarımı qulağımın arxasına ötürürdün, sığallıyarmış kimi. Nəvazişlə. Böyük bir incəliklə.
Başımı sinəvə qoymuşdum. Əllərim belinə sarılmışdı. Aşağıdan yuxarı səni izləyirdim. Heyranlıqla. Belə olanda çox şirin görsəndiyimi bilirdim. Sənə şirinlik etmək isə ən sevdiyim şeydi, bilirsən. Harasa baxırdın. Uzaqlarda harasa... Gözünü sıxmışdın mənim kimi.
“Məni sevdiyivi denə, Xan!” dedim içimdən. O anda gözlərin uzaqlardan qopub gözlərimə zilləndi. Udqundum. Mənə körpə bir uşağa baxırmış kimi baxırdın. Sol əlin üzümdə, yanağımda gəzişirdi. Yavaş-yavaş. “Bu an heç bitməsin, Allahım!” dedim...
“Lalə!”
“Hmmm...?” dedim həyacandan öləcəkmiş kimi. Gözlərimdən ürəyimə, beynimə axırdın sanki. Bütün düşündüklərimi oxuya bilirdin. Gözlərimi ala bilmirdim səndən. Sən çox rahatlamış və çox xoşbəxt görünürdün. Dodaqlarında çox səmimi bir gülümsəmə vardı. Sanki illərdir axtardığını nəhayət ki, tapa bilmişdin. Mən də xoşbəxt idim. İllərdir axtardığının mənim olmağım, bunun səni belə xoşbəxt etməsi dünyaları mənə bağışlayırdı.
Dərindən nəfəs aldın və vermədən “səni sevirəm” dedin, sonra verdin bu derin nəfəsi. Üzərindən bir ton yük götürülmüş insanlar kimiydin. Qarşılığını bilirdin çünki. Bilirdin ki, gözlərindəki gözlərim yalan deyil. Bu əsl sevgiydi.
Bilirdin...
Mən də gülümsədim sevincdən. Mənim sevindiyimi görəndə sənin gülümsəmən dodaqlarını bir az da yana çəkdi. Sən də güldün. Mən gözlərimi bir neçə dəfə qırpdım. Bu an ərzində gülməyim heç keçmədi. Bu cür anlarda həmişə utancaq xasiyyətim məni düzgün sözü tapmağa çətinliklər törədərdi. Amma səndən utanmırdım. Sanki bütün həyatımızı birlikdə keçirdib, birlikdə yaşlanıb, birlikdə qocalan iki insan idik. Səndən niyə utanmalıydım ki?! Səni sevirdim axı.
“Mən də səni sevirəm” dedim. Düzgün kəlimələr ağzımdan öz-özünə çıxırdı. “Heç vaxt ayrılmayaq, yasi? Bütün həyatımızı birlikdə keçirdib...” sözüm yarıda kəsilmədi, ancaq cümləmin davamını birlikdə bitirdik. “Birlikdə yaşlanıb, birlikdə qocalaq” əslində dəhşətlər içində eyni anda eyni şeyləri dediyimizə görə təəccüblənməli idim. Amma heç də belə olmadı. Buna çoxdan alışmışdım.
Səni çox sevirdim. Düz gözlərimin içinə baxırdın... yaxınlaşdın...
Sonra məni öpdün. Uzun-uzadı, dərin, ehtiraslı, fəlsəfi bir öpüş deyildi bu bəlkə, ancaq sevgi dolu öpüş idi. Səni öpərkən utanmırdım. Yenidən başımı sinəvə qoydum. Yenidən saçlarımı sığallamağa başladın. Sevgim yenidən artdı.
Artıq təəccüblənmirdim. Bununla fəxr edirdim. Sevgimizlə fəxr edirdim. Bir-birimizin fikirlərini oxuya bildiyimiz üçün çox sevinirdim. Bu, münasibətimizdə heç vaxt yalanın mövcudluğuna izn verməyəcəkdi. Sıxca bir-birimizə sarılıb günəşin batmağını izləyirdik. Günəş də sanki biz daha çox bu vəziyyətdə qalaq deyə gec batırdı.
Hava yavaş-yavaş çəhrayı və mavi rəngin qarışığına boyanırdı. Buludlar düz başımızın üzərindən nazilərək günəşə can atırdılar. Buluda yox, siqaret dumanına daha çox bənzəyirdilər. Dəniz daha dalğalanmırdı. Günəş bizə əl sallayırdı. Bizdən ayrıldığına görə utanıb qızarmışdı. Ay görsənirdi. Tamdı. Bütöv bir ay. Yupyumuru. Bədirlənmişdi. O da ən azı günəş qədər bizə hörmət edirdi. O da ən azı dəniz qədər bizi sevirdi. O da bizim dostumuz idi. Onun işığında səni yenidən görmək istədim. Gözəl effektləndirilmiş ağ-qara rəsimlər kimiydin. Yenə də gülümsədin mənə baxanda. Danışmırdıq. Sakitcə oturmuşduq. İkimiz də sözlərə yox, baxışlara önəm verən biriydik. Biz bir-birimizi tamamlayırdıq. Yuxu kimi deyildi. Həqiqət idi. Sadəcə bir az gələcək. Bir az vaxt lazım idi bizə. Bir az zaman. Hər şeyin qədrini biləcəkdik. Biz ayrılmayacaqdıq. Həmişə bir olmuşduq və bundan sonra da bir olacaqdıq. Gəlib-gedənlərdən çox fərqliydik. Qalıcıydıq. Amma axmaq deyildik. Çünki özümüzə güvənirdik. Çünki sevirdik. Ən önəmlisi də bu idi.

0 коммент.:
Отправить комментарий