среда, 9 ноября 2011 г.

Özüməm tək günahkar.

Sifət də sallanarmış
Keçmişdən ip düzəldib özü üçün...
Baxışlar özgələşir, başqalaşır.
Adamlar "çox ucuzdu" deyib elə sifətlər alırlar ki...
baxırsan... baş qarışır.

Qaranlığı asıblar ulduzlardan.
Ulduzlar parıldayır, parıldayır... səhər sönür.
Səhər duranda hər kəs,
oyanarkən sən də səhər
Diqqət et ki, göz altında qırışlar qocalmasın.
Qocalma Bad-i Kubə, qocalma, ey şəhər.

Özüməm tək günahkar.
Özüməm hər olanın, hər gələnin, hər gedənin elçiləri.
Öldürüm mən də gərək beyin içində gizli qalan falçıları.
Dağıdım qəsrlərin, yandırım kitabların...
...özümlə bağlı bir gələcəyi hədəflərkən...
Nə edim bunca baxış
mənlə yarış
içindəykən ?

Nə edər göylə getmək istəyənlər tapdalansa?

Bir yalançı məlumdur ki, yalanı deyə bilməyəndir.

Onda niyə bu saxta gülüşlər? Niyə bu məktubun?
Niyə bu keçmişin ipiylə düzəldilən sifətin üçün asılqanlar ?
Kin hər zaman tərtəmizdir,
ərplənmir, paslanmır.
Bircə damla göz yaşınla sürt,
çək,
at kini ürəyindən.
Gəl sənə nağıl deyim iki dostun "hərdən"in fələyindən.

0 коммент.:

Отправить комментарий