пятница, 21 января 2011 г.

Heynrix Böll - The Clown (Bir təlxəyin düşüncələri)

Nobel mükafatı lauriatı dahi alman yazıçısı Heynrix Böll bu gün də mənim bloqumun qonağıdır )))
Onu ilk dəfə "www.qaradaqırmızı.com" saytında qoyulan "Bıçaqoynadan" hekayəsindən sonra tanımışam.
Əlimə bu kitab keçəndə çox sevinmişdim. Dəyərli bir şey olduğu adından bəlliydi onsuz da.
Təlxək.
Düşüncələr.
Bu cür şeylər hər zaman məni özünə çəkib. Bu balaca romanı oxumağa başlayandan sonra əl çəkə bilmədim və bir oturuma kitab bitdi. Söhbətlər və düşüncələr həqiqətən də çox maraqlı idi.
II dünya müharibəsindən sonrakı standart alman düşüncəsini yerlə yeksan eləyən bir ideya ilə qələmə alınan əsər məni yazıçının başqa kitablarını da oxumağa vadar etdi. Kitabın baş qəhrəmanı varlı riyakar ailəsinin bütün imkanlarından üz çevirib sevdiyi və özünü xoşbəxt saydığı işlə məşğul olmaq üçün evdən ayrılıb. O sadəcə olaraq bir təlxəkdir. Nömrələr göstərir, dala dombalaq aşır və ya öz yazdığı bir neçə satirik əhvalatları danışır tamaşasına gələnlər üçün.
Arvadı onu atıb getmişdir. Gülərüz təxəyin qrim arxasındakı peşmanlığı da var bu romanda. Ailəsi, dostları, sevdiyi həyat yoldaşı artıq dəyişib və onları tanımaq mümkün deyil.
Hər kəs müharibədən sonra nədənsə, şovinist ruhlarını tərk ediblər. Böllün təlxəyi isə hər zaman ateist olub və qatı katolik olan arvadının dini inanclarına dırnaqarası yanaşır.
Rahiblər, rahibələr, vətənpərvərlər, millətçilər, dindarlar və s. Bu tip fikirlər əsərdə darma-dağın edilir.
Sən demə, hər kəs, vicdanı rahatlığını yox, sadəcə mənfəətini güdürmüş...
Təlxəksə, pula ehtiyacı olduğu halda, öz atasından belə pul almır. Belə bir atadan pul almaqdansa, küçədə skripka çalıb dilənməyi üstün tutur...
Oxuyun. Maraqlıdır.

2 коммент.:

PadRe комментирует...

Bunun haqqında eşitmişdim,yazıdan sonra lap beynimə girdi,çox maraqlı gəldi ,imtahanlarım bitəndən sonra ilk işim bunu axtarmaq olacaq )

XAN комментирует...

Dəhşət fikir deyişən kitabdır. Oxuduqdan sonra çox dəyişəcəyindən əminəm )))

Отправить комментарий