суббота, 15 января 2011 г.

Xəlvət



Öməri pis işlərivə qatma. Ömər Ömərdi, sənsə sərxoş.
Əfəndi, bu gecə yoxdu keyfim, nəysə halım naxoş.
Toxunma, dəymə. Qoy bir az şərabla bütünləşim.
İçimə alovlar da düşdü, duman çəkim tütünləşim.
Düşün-daşın. Gözüm-qaşım gözəlsə, sən də korsan.
Həyat zəhərli bir hörümçəkdi. Onda sən də torsan.
Yorulsa, otursa yanıma... Bəlkə... Əlini tutsam...
Varlığımla sıxıcılaşdı həyatı, şənlənər yox olsam.
Hər insan özünə sual verməlidir ki, "Mən kiməm?"
"Həyatda niya varam?" və "Məqsədim nə?", "Hara gedirəm?"
Gözlərimdən ürəyə axdı eşq. Cahan sevənlərindi.
Arif adama baxış bəsdir. Arif bəsirət görəndir.
Və... Xislətində ləyaqət də varsa, sən də sev.
Bil ki, fələk hiyləgərdi. Məntiq üstə tikmə ev.
İşim çətindi, sözlə həyata sarılmaq da olmur.
Son sətir də ritmsizdir. Yoxsa marağı olmur.

Uzaqlarda qardaşım və bir-iki aydı yoxdu bizlə.
Körpəlikdən qulağa dedin "ailə yolunu izlə".
"Ya bizlə birgə addım at, ya da ki, yox ol it"
Özlərinə şans vermədilər heç. Qərar çox bəsit.
Qoxlamamış gülümü tikanı əlimə batdı. Mən yoxam.
Mən kiməm ki, yenə də dinləyirsən? Mən ki qorxağam.
Mən ki dondum arada əsən küləklərlə sayənizdə.
Başdan ayağa intiqamdı həyat qayəniz də.
Bu quyu həsrətindir, dibi dərindir.
Ürəyim yanır. Burdan Cəhənnəm də çox sərindir.
Rəssam idim onda mən də. Nazıvı çox çəkirdim.
Balaca qara bir hücrə bəsdir. Xəlvətə çəkildim.
Hər qasırğa sakitlikdən xəbər verən elçilərdi.
İnsan oğlu Allahından Cənnət uman dilənçilərdi.
Varlı görkəmində bəlkə özlərindən xəbəri yoxdu.
Künc-bucaqda sevgi axtaran zibilçilərdi.

Mahnılar bir insan olsa, ən eybəcəri bu olardı.
Dolardı qəmzələr bu yaşla, onda mənim olardın.
Bilirim özümü, içimi, çölümü, gücümü. Zəifəm indi.
Bilindi şairəm mən. Mənim də son dəmimdi.
"Xan, sən ki sufi!Hərəkətin də özüvə heç yaraşmır"
Beyin təslim indi. Ürəyim artıq heç yarışmır.
Qarışdı şeytan iliyə. Mələksə, yaxınlaşmır.
Zaman da düşmanımdı. Onla ulduzum barışmır.
Mən hər gün yalvarırdım, Tanrı adımı batırmasın.
Və bir gün əmələ keçdim. Öz adımı batırmadım.
Anladım ki, tale əllərimdə özümə güvənim artdı.
Mən işlədikcə Tanrı önümə çoxlu yollar açdı.


http://www.raprock.az/index.php?newsid=1056 --- Track üçün buranı zad eləsən, sevinərəm.

0 коммент.:

Отправить комментарий