воскресенье, 16 января 2011 г.

Number 23

Walter Sparrow tam mənim tip adamdı. Sadə və sıradan bir həyatı var. Aqata adlı gözəl həyat yoldaşı və Robin adlı canlaradəyən bir oğlu var. Çox gerilim filmlərində olduğu kimi bu filmdə də ilk səhnələr xoşbəxt ailə səhnələridir. 
Walter, necə deyərlər, itvuran işləyir. Bir gün bir itlə qarşılaşır. Həmin itlə heç də xoş olmayan qucaqlaşmadan sonra it onu arvadıyla görüşə gecikdirir. Walter hər şeyin səbəbi kimi bu Ned adlı balaca iti günahlandırır. 
Arvadı ona bir kitab oxumağı məsləhət görəndə o təsadüfən bir kitab əlinə alır və oxumağa başlayır. Özündən də aslı olmadan bu kitabın içinə girir. Gecə-gündüz kitabı oxuyur və qəribdir ki, kitabın onun haqqında yazıldığına inanmağa başlayır. Bunu Aqataya deyir və təbii ki, Aqata da onu yola verir. Amma oğlu inanır atasına. 
Kitabın adı "23 rəqəmi" olur. Əsər dedektiv əsər olsa da, müəllifinin adı heç bir yerdə yoxdur. Əldə çap olunub və bu kitabdan yalnız və yalnız bir ədəddir. İçində qəribə şəkillər, qaralamalar və bir xəbərdarlıq da var. 
"Əgər kitabda yazılanlar sizin həyatınızla uyğunluq təşkil edirsə, onda kitabı oxumayın".
Kitab Fingerling adlı bir dedektifin həyatından danışır. Onun uşaqlığı, niyə dedektiv olduğu, atası və hətta qonşu itiylə münasibətləri də Walterın həyatıyla oxşarlıq təşkil edir. 
Əsərdə bundan başqa sirli 23 rəqəmi haqqında bir çox maraqlı faktlar da yazılmışdır. 
Walter kitabı oxuduqca paranoyak bir xəstəliyə yoluxur. Bu xəstəlik onun və hətta yaxınlarının da həyatını ölüm təhlükəsiylə üzbəüz qoyur. 
Bəs kitabı kim yazıb? Walter əslində kimdir? Onun keçmişi necə olub? 
Fingerling kimin prototipidir əslində? Bəs onun öldürdüyü sevgilisi? 
Bəs 23 rəqəminin filmə nə dəxli?
Ən önəmlisi isə sondadır. Jim Kerriyə halaldı ))) 

0 коммент.:

Отправить комментарий