суббота, 15 января 2011 г.

Hal və Ruh

Eşqə bəhanələr "yatıb qalmışam" kimi.
Təbii ki, ustadım mənimlə razı deyil.
Mənimlə deyilsənsə, yanıma gəlmə dost kimi.
Səninlə qarşılıaşmaq alında yazım deyil.
Məncə lazım deyil ağ paltar, qara kostyum.
Gəl... hər nəsənsə, gəl. Bu mənə bəsdir.
Canıma qəsdinmi var balaca qızcığaz?
Qara bir daşda adımı dırnağınla cız yaz.
Vəfasız yaz! Sən də tökmə yağışlatını.
Qoy elə beləcə kirli qalım küçənin ortasında.
Dondururdu. Buna görə çəkmə baxışlarını.
Qoy elə beləcə donum. Bəlkə ölmərəm yananda.
İndi danış! Bəlkə bir də olmadım yanında.
İndi danış! Bəlkə heç qalmadım yadında.
Bu son görüşdə üzümə qarşı təbəssüm haqqımdı.
İndi danış! Bəlkə qonağım olmadın yatanda.

İş bilən çıxanlar harda təsəllilər orda.
Niyəsə iş bilənlər yoxa çıxır bir tərsdə, darda.
Yağışda qarda sayuqlarla boğuşmaqdansa,
Sən gözünü qaçırdırdın hər dəfə, əgər utansan.
Mənimlə qalsan, ölüm yoxdu bu işin sonunda.
"Boş düşüncələr"dən əvvəl tənhalıqdı sevgim.
Uçanı, gəzəni, üzəni, qaçanı gəlsin, yoxdu ondan.
Qəribə dualizm və bir bədbin, bir nikbin.
Torpaq idim. Suya töküldüm, dənizlərdə tənha oldum.
Palma bitdi tam üstümdə. İllər öncə o da yoruldu.
Tənhalıqdan. Əsrlərdir "Cümə" də yoxdu, "Robinzon" da.
Nəyə gərəkdi türmə?! Mən onsuz da "Aqua-Zon"da.
Tələsirəm ki, gecikmiyim? Gecikdim ki, tələsirəm?
Mən əsirəm... həbsxana... dünya qərdiyandı.
Gecəmi iliyə qatdı şaxta. Çöldə qışda çox əsirəm.
Qar yağır. Qar yağııır... Sevinmişdim, qar dayandı.

Əlimdə xəbərçi var yaranmamış cümlələrdən.
Bu sözlər etirafdı bəlkə fərqli zümrələrdən.
Yalanla sıvanmış divarda kölgə sərin olmaz.
Qızıl balıq toru sevir və tor dənizdə dərin olmaz.
Ruhani suallarım gəmirdikcə sinirlərimi,
Küləklə sovrulanda görübdülər rəsimlərimi.
Əzmin iradənlə sonda daş da qum olar, inan!
Həyatım ibarətdir bir söz və bir nidadan!

0 коммент.:

Отправить комментарий