суббота, 15 января 2011 г.
Öyrəşmə başlayır
Bir-iki qızla başımı qatıram. Özümü aldadıram.
Həyat çətindi, vallah. Tək qalanda lap çətindi.
Sənlə bağlı mesajlarımı hələ də saxlayıram.
Bir az yoruldum, amma... Nümunələr gətirdim.
"Bax filankəs də küsdü, amma sonra barışdı"
Bu sevgi ayrılıqla birgə sanki bir yarışdı.
"Süd"lə "Un" qarışdı, hisslərim bir az qabardı.
Qardaşım "Oxan" deyəndə mənlə mırtdaşırdı )))
Ey... Zaman ! Geridə qalmışam.
Çobanyastığıyla "sevir-sevmir" oynayanda
böyümək üçün gecikdim. Yuxuya dalmışam ki
İndi ağrılar mənimlə "Ölür-ölmür" oynayırlar?
Hə... Fürsətindi. Sən də vur bir yandan.
Şeytan ortağındı sanki. Sən bir yandan, o bir yandan.
Yalandan üzümə qarşı gülmə saxta baxışlarla.
Xoşuva gəlməyən bu cümlələrçün məni bağışıa.
Nə qədər qəlizləşim görəsən özümü anlamaqçün?
Nə qədər səhv tutum ki, səndə özümü danlamaqçün?
Səni sevməməkçün xeyanətin lazımımdı.
Bədəndə yüz ətir var. Amma ürək bir qızındı.
Sözdü, indi dedim guya ki "sevmirəm", inandın?
Yaxşı uşaqlaşma, körpəlik mənim havamdı.
Yaraşır mələyimə bu cüt qanadlar ağ libasla.
Bu vaxtdan sonra həyat ya tamamdı, ya davamdı.
"Sevmiyən avamdı" aləmimdə sən də varsan.
Kimsə tutmadı bu damarı, getdi. Bizdə belədi.
Sevgi bir bütündü. Yarı mənəm və yarı sən olsan...
Özümü yarımçıq bir cümlə kimi hiss elədim.
Bu sözlərimlə kiməsə damğa vurmaq istəməzdim.
Bu sözlərim mənimlə məzara getsin istəyərdim.
Amma bu gün sevgi ehtirası beyinə hakim olub.
Nə isə... Qızışmayım. Son sətirdə sakit olum.
Elə bir cümlə denə ki, ayrılanda sevgim artsın.
Gözəl yalanlı olsun. Tutsun əlimi özüvə dartsın.
Bir az abartdı olayı öz içində çox sevənlər.
Hamısına ad qoyurdum fərqlənirdilər qələmlər.
Bu şeirə "Bənbin" adlı bir qələmlə ortaq oldum.
"Qısa bir tənəffüsdü" düşündüm və zəng vuruldu.
Bir az yorurdu çolağı qaçdı-tutdu oynayanlar.
Bir az da ağladırdı qocanı yenicə doğulanlar.
Bu fikirlər ziyandı beyinə. Eşq alovda yandı.
Yazmıramsa, mürəkkəb qutardı, yoxsa mən dayandım?
Çətindi burda. Gəlmə yanıma, məncə, qarşıdan bax.
Asandı hakim olmaq. Həyat bir oyun-oyuncaq.
http://www.raprock.az/index.php?newsid=1085 --- Tracki dinləmək üçün buranı zad eləyin...
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий