Steppenwolf - hərfi tərcümədə "səhra canavarı" kimi tərcümə olunur.
Hamıya məsləhət görəcəyim bir kitab.
Əsərdə Harri Haller adlı bir insanın daxili böhranlarından söhbət açılır. Fəlsəfi fikirlərlə bərabər, XX əsrin ortalarındakı və xüsusən də II dünya müharibəsi astanasındakı Almaniya haqqında zəngin məlumatlar verən bir əsərdir. Herman Hessenin şəxsi həyatının çox sadə və sıradan bir həyat olmasına baxmayaraq, o hamıdan fərqlənən bir insanın ən sadə şeylərdən belə necə əzab çəkdiyini ustaca göstərmişdir.
Lakin heç nə onu intihara apara bilmir. Əsər mistik-fantastik epizodlarla da zəngindir. Ən çox da epiloqdakı "Sehirli Teatr" səhnələri, şəxsən mənim üçün möhtəşəm bir şey idi.
Güclü qələm, fəlsəfi fikirlərə sahib beyin, ideya, sehirli üz qabığı və təbii ki, Azərbaycan dilinin imkanlarını çox gözəl bir şəkildə üzə çıxaran tərcümə. Burdan məni tanımayan Vilayət müəllimə salamlar da demək istəyərdim.
İstəyimi yerinə yetirirəm.
-Salam, Vilayət müəllim.
İkili ruhlu insanların gah ora, gah bura əsməsindən tutmuş, sevgi ehtirasi, meşşan həyat tərzinin bəsitliyi və oxuyarkən kadrlanan epizodlar əsəri daha da maraqlı edir.
Bundan başqa Kitabda Herman Hessenin "Knulp" adlı bir əsəri daha var. Az səhifəyə dünya sığışdırmağı bacaran yazıçı mənə Kafkadan daha yaxındı.
Məsləhətim:
Oxumağa dəyər. Ən sevdiyim əsərdir və tez-tez oxuyuram. Hər dəfə də nə isə yeni bir şey öyrənirəm.
Özümə uğurlar...
суббота, 15 января 2011 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
4 коммент.:
Qısa məzmunu maraqlı gəldi mənə. Yəni mənim tipimdə bi şeyi oxşuyur.hardan tapa bilərəm bu əsəri ?
Bu kitab çox kitabxanalarda yoxdu. Amma mənim özümdə var. Yani çox da tanınmış bir yazıçı olmadığından əsəri də tapmaq çətindi.
Yenə də soruşmağa dəyər... Əsasən ikinci əl kitabçılardan soruşmağın məsləhətdi.
Knulp :)
Düzünü desəm, "Knulp" "Yalquzaq" qədər təsir etməmişdi, ancaq o da çox gözəl idi )))
Отправить комментарий