Bir az kədərdən içim. Bir az da dərd dadım.
Gecəni sığalladım ki, saçlarını xatırlayım.
Qoyum özümdə qalsın, boş verin fikirlərimi.
Mən orda görünmərəm. Çəkməyin şəkillərimi.
Açmayım sirlərimi, tökməyim ortalığa.
Günəşi sevdim, amma dostluğum qaranlığa.
Məni tanımasan da, heç olmasa özünü tanı.
Bəlay-i eşq ilə qıl aşina məni, Tanrı.
Sənin sahilində çəkilmələr, qabarmalar.
Mənim suyum quruyur. Nolar, ağla, qabağın al.
Ağla mənim üçün. Ağa gözlərimə.
Məni görəndə sevinərsən deyə görünmürəm.
Tək yatmaqdan bezdim artıq. Tez gəl, qurtulum.
Quraqlıdır. Gəl. Su ol bir-iki qurtum.
Sonuma on il qalır. Yoxsan, hələ də təkəm.
On ilə xoşbəxt evlilik də sığışdırdıq bəlkə?
Bu gecə mənlə qal. Dünya turuna çıxaq.
Bu gecə mənlə qal ki, bir sönüb və bir yanaq.
İynə iynə dalınca... Zəhərlənib bədən.
Divarlar da qışqırır "çıx qaç evdən".
Çox təkəm mən. Çox təkəm mən.
Qəddarca ürəyimi sökəndən.
Mənə dənizlər... Mənə qəlsəmə...
Çox oturduq, gəlsənə tərpənək.
Nə pərdə evimə, nə də bir pəncərə...
Kamin də yoxdu, bax. Yoxdur mənzərə.
Məni düşün. Buna da razıyam.
Mən otağındakı ulduzlu divar kağızıyam.
Səni sarmışam və dörd tərəfdə çoxlu mən.
Əslindəysə, sadəcə, bir heçəm mən.
Gəl gecələr. Öp... Get...
Gəl gecələr. Öp... Qal...
1 коммент.:
afərin )
Отправить комментарий