четверг, 3 февраля 2011 г.

Suçiçəyinin törətdiyi fəsadlar

Əslində heç nə yoxdu ağlımda. Görək nə alınacaq.

Rəsmiyyətdən zəhləm gedir və özünü dartanlardan. Axır vaxtlar avtobusdan düşməkdən də zəhləm gedir.
Ayran içəndə qapağını açmaqdan da. Burnum yekədi də, bilirsən axı... Ona görə ayranı içəndə burnum imkan vermir.
Avtobusda  arxada oturmağı sevirəm, amma hər dəfə düşəndə nəsə bir kompleks yaranır qəpiyi uzatmağa  qarşı.
Uzatmaqla aram yaxşıdı. Sürücülərdən xoşum gəlmir ey...
Bir də avtobusdakı yarısı oturacaqdan çölə fışqırmış gombul xalalardan. Dayanacağa gedəndə özümə yalvarıram ki, Ay özüm, elə et ki, orda tanış adam olmasın. Yoxsa səmimiyyətsizcə görüşəcəm onunla. O da üzümə ikiüzlü-ikiüzlü gülümsəyəcək.
Bibimoğlu universitetdə məni axtaranda çox vaxt onun zəngini açmıram. Çünki çox danışır. Başım xarab olur. Özü də bilir ki, onu yola verirəm. Əmim oğlusa maraqlı insandır. Ona bu yaxınlarda suçiçəyi yoluxduracam. Daha da maraqlı olacaq.
Bu gecə sayaxlayacam və qarabasmalar görəcəm, bilirəm. Qızılcanın canı çıxsın. O öyrədib.
Özümə gələ bilmirəm, o yar məni atıb gedən gündən. Elləmi qaqa, elləmi?
Forum başımı qatır. Mənəm, Zikodu, bir də Chess... ancaq biz yazırıq, biz oxuyuruq. Yenə də ora doğmadı.
Facebook - gavur kızı ... ıııyyy...
Son vaxtlar raperlər də özünü dartır  eee sağa-sola. Nə isə heç bəyənmirəm "az-rap"in userlərini.
Çox boşdular. Çox boşmu ? Boş onsuz da boşdur... Çox boş necə olur ki?
Sayaxlamağa başlayıram artıq.
İnsanın bloqu olmağı nə gözəl şeydir?! ))) Ürəyin nə istəyir yaz, bas-bağla getsin.
Kitabım çıxsaydı, başqa kitab yazmağa başlayardım. Kitab yazmağa başlamağı çox sevirəm. Girişlər ən sevdiyim hissədi.
"Gregor Samsa bir gün səhər yatağında iyrənc bir böcəyə dönüşmüş halda oyandı"
Franz Kafka... ))) Gördüyüm ən dahi giriş... Kafka deyilənə görə babat girən olub.
Gedim girim... Foruma...

1 коммент.:

(а)мир комментирует...

Sevirəm səni )

Отправить комментарий