воскресенье, 27 ноября 2011 г.

Bir dəfədən heç nə olmaz`ın günahı.

Mənsizlikdə gülmüsənsə bircə gün...
Bircə gündən heç nə olmaz.
Yox əgər, bir neçə gün ağladınsa mən varkən,
Deməli həsrətini çəkirsən həmin mənsiz bir günün.

Mən yoxkən bircə dəfə başqa gözə baxmısansa...
Bircə dəfədən heç nə olmaz.
Başqa gözün fəlsəfəsi, qaranlığı varsa əgər,
səninçün başqalaşım, bax gözümə başqasıyla olarkən.

Mənimləykən özünə fikir ver, canım.
Səndə təksən - deyə düşünmə.
Səndə səninlə birgə bir sən daha var.
Bircə dəfə özünü itirdinsə, səhvlər gəlir ip söküyü kimi.
Bircə dəfədən heç nə olmaz demə, bidənəm.
İkinci dəfə üzr istəmək səhv təkrarlamaq deməkdir,
unutma.

среда, 16 ноября 2011 г.

O adam

Bir adam çıxacaq məndən
bəlkə də, illər sonra.
Amma mən qadınamsa doğmayacam,
erkəyəmsə sıçmıyacam.
Ağzımdan çıxacaq o adam,
amma mən qusmuyacam.
Daha çox püskürəcəm.
Buruğundan fontan vuracaq qara qızılın özü olacaq
mən çıxacaq o adam.
Əvvəlcə kirli-kaslı, qanlı-qumlu əlləri,
sonra bəlkə tüklü, bəlkə keçəl kəlləsi.
Kəlləsi... maraqlıdır...
Sonra bədən.
Sonra da bir cüt yupyumuru qıç qurusu.
Qadınamsa bakirədir, erkəyəmsə də həmçinin.
Vaxtı gələndə olacaq bu partlayış.
Nə on dəqiqə gec, nə on dəqiqə tez.
"Hər şey vaxtında gözəldir" deyiblər
ta bu andan.
"Kim deyib ki?" soruşsan, deyərəm  "həmişə deyən".
Bir adam püskürəcəm ağzımdan.
Gələcək ki, oldursun, öldürsün, ağlatsın, güldürsün.
Edəcək hamısını bir gün məndən çıxacaq o adam.

среда, 9 ноября 2011 г.

Hərdən idi

Hərdən idi.
Mən var idim.
Sən hər keçən saniyədə,
hər ayda korlanırdın bir az daha.
Bizim ki hisslərimizdən düzələn pislərimiz var.
Adı paxıllıq.
Çökürdü tam üstümə zamanın saatdan asıllığı.
Saatın əqrəbindən.
Saatın incə-incə, nazlı-nazlı gedib-gələn
diqqət çəkmək üçün burcutduğu bir qıçı var.
Zamanınsa nə qıçı vardı, nə əqrəbi.
Zəhərliydi hər ilandan, hər qadından.
Sən də bax bu saatların göstərişinə aldanırsan.

Gecələr kəşf edirəm hər qarışını faniliyin.
Alt-üst, tərs-mərs oluram,
əyri qoyub-düz edirəm dahiliyi.
Deyirsən "eşqdə yandığımdandı bu qədər yalvarışım".
Deyirəm, olmur axı eşqdə yanan bir insanın yalvarışı.
Bir qar var, küləyin, yağışın, soyuğu.
Bir Gün var,
İstilədir, azaldıqca sərinləyir, yox olduqca bir qar olur.
Sən də bax bu fərqliliyin eyniliyinə aldanırsan.
Hər şeyin bir sonu var, bir əvvəli.
Sonun bir əvvəli var.
Sənin bir əvvəlin və sənin bir sonun kimi.

Özüməm tək günahkar.

Sifət də sallanarmış
Keçmişdən ip düzəldib özü üçün...
Baxışlar özgələşir, başqalaşır.
Adamlar "çox ucuzdu" deyib elə sifətlər alırlar ki...
baxırsan... baş qarışır.

Qaranlığı asıblar ulduzlardan.
Ulduzlar parıldayır, parıldayır... səhər sönür.
Səhər duranda hər kəs,
oyanarkən sən də səhər
Diqqət et ki, göz altında qırışlar qocalmasın.
Qocalma Bad-i Kubə, qocalma, ey şəhər.

Özüməm tək günahkar.
Özüməm hər olanın, hər gələnin, hər gedənin elçiləri.
Öldürüm mən də gərək beyin içində gizli qalan falçıları.
Dağıdım qəsrlərin, yandırım kitabların...
...özümlə bağlı bir gələcəyi hədəflərkən...
Nə edim bunca baxış
mənlə yarış
içindəykən ?

Nə edər göylə getmək istəyənlər tapdalansa?

Bir yalançı məlumdur ki, yalanı deyə bilməyəndir.

Onda niyə bu saxta gülüşlər? Niyə bu məktubun?
Niyə bu keçmişin ipiylə düzəldilən sifətin üçün asılqanlar ?
Kin hər zaman tərtəmizdir,
ərplənmir, paslanmır.
Bircə damla göz yaşınla sürt,
çək,
at kini ürəyindən.
Gəl sənə nağıl deyim iki dostun "hərdən"in fələyindən.

среда, 2 ноября 2011 г.

Uğur uzaqda

Kimsə düşünür ki, uğur məndən uzaqdı.
Yoldaşım qələmdir və gedirəm uzaqlara.
Mən səninlə, sən onunla, o mənimlə yar.
Eşq bitsə, iki gözüm bir çeşmə ağlaram.

Yolçu ruhum axtarış yolunda gerçək üçün.
"Öncə özünü sev, sonra məni sevməkçün"
Deyən bu səs içimdə bir ürpərti yaratdı.
Sənin gözəlliyinlə bu dünyamı qaraltdım.

Bu bir az qərbli Kafka, bir az da şərq Şirazi.
Ürəkdə kimsə yoxdur, elə bil boş ərazi.
İçimdə fəlsəfələrə müharibəmdə mən bir qazi
Taleyim də şaytanımla bağlamışsa son bir saziş

Necə də qəliz bir iş yaşamaq bir bədəndə.
İki bədəndə bir ürək də yox olmuşdu sən gedəndə.
Mən bir bəndə, sən bir tanrı. Mən də qəmdə, səndə?
Güldürmə.... Yaxşı görək, mənə də yox daaa... sən ki göydə ?