O qədər dərdə baxmayaraq, ən böyük əyləncəm hər zaman uşaqlığım haqqında düşünmək olub. Bu çox xoşuma gəlir. Ailəmizlə bağlı ən pis günümüzü düşünəndə belə çox əylənirəm. Hər şey geridə qaldı. Hər şey bitdi. Məsumluğum qanadlanıb uçdu. Anamın sığalları tərk etdi məni. Başım artıq onun dizləri üstə bir də rahatlıq tapmayacaq. Saçlarımın arasında anamın barmaqları gəzməyəcək daha. Mən böyümüşəm, anam qocalıb.
Onun çarpayısı o qədər rahat idi ki! Hər gecə orda yuxuya gedərdim. Hamı qonaq otağında olardı, amma mən bütün ev əhlindən cəmi bir otaq uzaqda anamın yerində uzanıb ailəmi nə qədər çox sevdiyimi düşünə-düşünə göz qapaqlarımın zəifliyiylə rastlaşırdım. Anam sakitcə yanıma gələrdi, üzümnən öpüb ədyalı üstümə çəkərdi və otağın işığını söndürərdi. Mən hələ tam yuxuya getmiş olmazdım. Amma səsimi də çıxartmırdım. Bu öpüşlərdən sonra qapı bağlanardı və göz yaşlarımı saxlaya bilməzdim. Elə sevinərdim ki! Sonra həmişə birdən yuxuya gedərdim. Cəmi bir saniyədən sonra qulağıma dünyanın ən gözəl səsi pıçıldayardı.
“Canım, balaca körpəm, yatmaq vaxtıdır” deyən anam məni böyük bir nəvazişlə qucağına alıb öz yerimə aparardı. Mən də onun boynunu qucaqlayıb üzündən öpərdim.
Onda cavan idi anam. Üzü qırışlı deyildi. Gözəl idi. Üzünü bir dəfə də görüm deyə otaqdan çıxmamış onu səsləyərdim.
“Ay mama!” səsimi özüm də güclə eşidirdim. Hamı yatmış olardı evdə, ona görə bacardığım qədər sakit danışardım.
“Hay can” deyib o qədər gözəl gülümsəyərdi ki... O üzü yenidən görə bilmək üçün hər şeydən keçərdim, yəqin ki.
“İşığı da söndür də, ay ma” gözüm öz-özünə yumularkən deyirdim.
“Yat balam” deyib yenidən gülümsəyərdi anam. “İşıq sönülüdür onsuz da. Gecə oyanıb qorxsan, yanıma gələrsən, yaxşımı?” tək tutunacağım dayaq o idi həmin vaxtlarda.
Bir müddət qaşlarımı yuxarı qaldırıb diqqətlə ona baxardım. Sonra sakitcə “yaxşı” deyərdim. Həyatda ən çox sevdiyim insan anam idi.
Xoşladığım qızlar bir-bir əvəzlənərkən özümü axtarırdımmı, yoxsa bunu kefdənmi edirdim deyə düşüncələr sarırdı məni.
Hamı nə vaxtsa tərk edəcək bizi. Qalıcı olmağa çalışan axmaqdır. Hər kəsi kənardan izləyirik. Ön yarqılarla dolu beynimizdən heç cürə qurtula bilmirik. Bəlkə də buna heç çalışmırıq da. Beynini idarə etdiyini düşünən cahillərin fikirlərini yumaqdan asan bir şey yoxdur. Ən böyük yalançılar özümüzük. Ən qəddar və ən qorxaqlar da özümüzük. Hər şey bizik. Biz olmadığımız şeylər də bizdədi. İllah da yaradılış insandan aslıdır. Yaradan və icad edənlər də var. Yaradan ağılı yaradır, ağıl icadları. Şəxsən mənim öz fikrimə görə, bütün bəşəriyyət, adı olan ağlauyğun hər şey sırv mənim üçün mövcuddur.
Çox da uzağa getmiyim. Əl çapacaqlarından tutmuş i-podlara qədər ağlınıza gələn hər şey. Əksini iddia edən varsa fikirlərini özünə saxlasın. Mənimlə debat mümkün deyil. Sənin fikirlərin də elə məhz mənimlə mübahisə etməyin üçün beyninə dolub, xəbərin yoxdu. Bunun adı Eqodur. Eqoistəm, mənim kimisi yoxdur.
Hamı bir-bir tərk edəcək bizi. Tək qalacağıq. Bu dövr ərzində nədəsə, kimdəsə təsəllimi axtaraq, yoxsa dərdləri sevib daha da kamilləşəkmi? Bu sual çox ağıllı icadedəbilənlər tərəfindən həll olunmaq arzusuyla beyinlərdə pas atmışdır. Lap dərinlərdə bir yerdə divara qısılıb ağlamaq bu sualın taleyidir. O özü sərt və çətin olmaq istəmişdi. Buna görə cavabsız qaldı. Suallar heçdən yaranır və cavab tələb edirlər. Cavabı olmayan paradokslar isə yazıqdılar. Onlar bədbəxtdirlər. Düşünün. Həyatda ən çox sevdiyiniz yarınızı düşünün. Bu, iş də ola bilər, qız da ola bilər, oğul-uşaq da ola bilər. Bir sual üçün ən sevgili yar onun cavabıdır. Ancaq o zaman sual xoşbəxt olar. Paradokslar isə eybəcər Qvazimodalardı. Heç kim onları yarına qovuşdurmur. Heç kəs onları anlamır. Hamı tərəfindən bir müddətdən sonra unudulur, yola verilir, inkar edilir. Cavabımın olmağını istəyərdim... Əgər sual olsaydım. Mənsə sadəcə uzun bir namizədlik dissertasiyasında balaca bir orfoqrafik xəta qeydiyəm. Fəxr ediləsi tərəfim yoxdu. Amma ən azından cavab tələb etmirəm. Razılaşmaq olar mənlə, ya da razılaşmamaq. Mübahisəli məsələyəm və hər tədqiqatçı üçün şəxsi fikir dəstəkləyicisiyəm.
Anamsa bunlardan xəbərsiz artıq iyirmi beş ildir ki, seriallara baxır. Üzü də qırışıb, səsinin məlahətliliyi də itib, gözəlliyi də tərk edib onu. Bu qoca artıq məni qucağına ala bilməz. Gücü çatmaz. Mənim iyirmi yaşım var. Onun əlli iki. Mən onu çox istəyirəm hələ də. O isə mənim böyümədiyimi anlamır. Hərdən üzündən öpürəm, ancaq nə isə bu öpüş məni heç qani eləmir. Valideynlərimin ölümünü çoxdan qəbul eləmişəm. Onlar ölüdürlər. Meyiddirlər. Allah sizə rəhmət eləsin, ay ölülər! Qardaşımla bacım can verir. Mənsə hələ təzə gəlmişəm Cəhənnəmə. Başqa hara gəlmək şansım var idi ki, onusz da.
Dünyanın bətnindəyik. Yeyirik, içirik, kefbilib susan eyni ağıldadır. İnsanlar niyə Mayamidə villa tikirlər ki? İnsanlar acından niyə ölürlər ki? Bir insanı ayda torpaq almağa vadar eliyən səbəb nədi, bax bu çox maraqlıdır. Nəyə görə hamı narkaman deyil? Fahişəlikmi birinci yaranıb, ya sutinyorluqmu? Toyuq, yumurta? Ruh birinci yaranıb ya insan? Kişilər daha üstündür, ya qadınlar? Kişilərə ruh yaradılandan sonra verilib, qadınsa bilavasitə ruhlu şəkildə, yəni artıq ruhu olan bir şeydən yaranıb. Yəni ki, kişidən. O kişi ki, ruhsuz bir şeydən yaradılmışdı. İndi hansı daha üstün oldu? Ya da hansı daha iyrəncdir? Fahişəmi, sutinyormu? Səbəb səbəbi doğurur. Dövr eləyir. Yağış yağıb su çoxalıb, ya su buxarlanıb yağış olub? Sutinyorlar var, çünki fahişələr var. Fahişələr var, çünki sutinyorlar var. Sutinyor sözü də elə bil elmi bir zirvədir. Adı çox gözəldi. Görün necə də gözəl səslənir: “Mən böyüyəndə sutinyor olmaq istəyirəm”. Elə bil kompyuter mühəndisi deyirsən.
“Nə işlə məşğulsan oğlum? Qızımı yaxşı dolandıra bilərsənmi?”
“Əlbəttə ata, mən artıq çoxdandır ki, sutinyor vəzifəsindəyəm”.
“Maşallah, maşallah”.
“Baxın, vallah oğlumdu deyə demirəm, respublikada birinci sutinyordu. Kitabını yazıb bu işin. Hə... Belə ağıllı baladı”.
Xanım! Xanım! Düüüddüm oğluva ye... Sənin oğlun meymundu. Sutinyorlar meymundur. Səbəbdirlər onlar. O səbəb ki, hansısa bir səbəbdən yaranıblar. Fahişə. Bu dini bir terminə bənzəyir.
“Hansı məntiqə uyğun deyil?
Zəkat. Çillə. Divanə. Fahişə. Məkkə. Qurban. Fəzilət. Xalisə. Yerkökü.”
İnanın mənə, sözlər çox çətindir, çox. Fahişə sözünün özü elə adama cəlbedici gəlir. Görün indi onların özləri necədirlər. Bu sözü yaradanın böyük intellekti olub, əminəm. Cəlbedici qız cəlbedici adlı işdə olarkən arada cazibə qüvvəsi yaranır. Cəzb edir. Cəzb edir. Cəzb edir. Maqnitdi onlar. Onlar maqnit kimi cəzb edir insanları. Gözləri, dodaqları, bədənləri... Hər tərəfli yapışdırırlar özlərinə nəfsləri. Qul edirlər nəfsləri lom olanları. Bəs onlar hardadı? Onlar tam yanındadılar. Lap sağında. Elə bax bu dəqiqə düz qabağından keçəcək biri. Metroda biriylə yanbayan oturmusan. O biri içəri girəndə ona yer vermisən.
“Anam, bacım, əyləşin, xahiş eləyirəm, əyləşin” deyib anava bacıva ağız suyu axıtmısan. Onu sonralar pul verib becərmisən. Öz ana-bacıvı. Onlardan evinizdə də var da. Bu sizə daha ucuz başa gəlməzmi? Sutinyorluq da edin istəsəniz. Əla peşədir. Hop-hop edirsiniz, vəssalam.
Allah sizə rəhmət eləsin, ay ölülər! Diri olsaydınız bəlkə də, mənə layla çalardınız. Amma mən yatmayacam. Gözümü yumub özümü yuxuluğa vuracam. Aldadacam sizi. Həh hə... İnanıram ki, elə bir vaxt gələcək ki, indiki gizli ayıblar mötəbər peşələrə çevriləcək.
O zaman bilin ki, qiyamət yaxındır =)