понедельник, 28 февраля 2011 г.

Superman-ə hazırlıq ! (kiçik bir hissə)

...

Bir dəfə yenə gecə vaxtı hündürlükdən şəhərimizi seyr edərkən mənə demişdi:

“Uça bilmək bəzən elə də gözəl bir şey olmaya bilər. Amma bəzən dünyanın ən gözəl hissi uça bilmək olur. Əllərivi yana, qabağı, ya da sadəcə olaraq böyrüvə salaraq özüvü boşluğa buraxırsan və bu an gözlərivi qətiyyən yummamalısan. Uçmaq istədiyin yeri görməlisən və bir anda orada tapırsan özüvü. Necə gedirsən heç özün də anlamırsan. Sürət nəfəsivi kəsə də bilər, ancaq sən o an ərzində heç nəfəs də almırsan. Sadəcə ona görə ki, nəfəs almağa vaxtın olmur. Bir anda gah burda, gah da digər yerdəsən. Amma bu heç vaxt eyni anda iki yerdə olmaq demək deyil. Sürət önünə keçə bilmədiyimiz zövqlərimizdən biridir. Bəzən daha da sürətli olum deyərkən, daha çox zərər çəkərik. Bəzənsə, yavaşladığımıza görə üzülürük. Eynilə səninlə Lalə arasında olan gecikmə kimi. Azacıq ləngimə və siz ayrısınız. Gecikmənin və tələsmənin orta yolunu tapmaq çox çətindir. Mənimçün çarə çox az hallarda zamanda səyahət olur. Bundan nə qədər əzab çəkdiyimi ölən yaxınlarımdan bilirəm. “Kəpənək effekti” kimi bir şeyi düşün. Onda anlayarsan məni, bəlkə. Bəlkə də, nə vaxtsa zamanda səyahət edib yaxınlarını qurtarsan, gələcəyin faciələrini anlayacaqsan. Zaman belədir. Qəddar və rəhmsiz. Hətta mən belə onunla bacarmıram. Nə qədər güclü olsan da, heç vaxt zamanda səyahət etmə, əziz dostum!”

Mənsə, hər zamankı kimi böyük bir diqqətlə ona qulaq asırdım. Gözlərimsə uzaqlardan yanıb sönən işıqlarda idi. Onlar mənə zövq vermək üçün bəzən uzaqlardan gözlərimə qədər olan məsafəni ustalıqla dəf edirdilər, hərdənsə dadı damağımda qalsın deyə yarı yolda Xəzərdə boğurdular özlərini. Bəlkə də, mənim kimi gecə vaxtı dənizə zillənən başqa bir gözə dəyişirdilər gözlərimi. Bilmək olmaz. Amma mən uçmağı həqiqətən də çox arzulayırdım. Supermen kimi olmaq yox, amma bircə gecəlik Xəzərin üzərində uçmaq. Bax bu əsl ləzzət olardı.
Sakit Xəzər. Suya toxunan barmaqlarım. Dəniz üzərindən cəmi bir neçə santimetr yuxarıdayam və son sürət irəliyə doğru uçuram. Möhtəşəm hisslərdi bunlar.
İndi bütün bunları xatırlayanda uça biləcəyimi hiss edirdim dərinlərdən. Onmərtəbənin damından dənizə baxıram. Məni çağırır o. Laləm də məni səsləyir bir tərəfdən. Gecə saat üçdür və binanın lap küncündən ayaqlarımı boşluğa sallamışam. Qulaqlarımda hər zamankı kimi mahnılar gedir. QaraQan deyir:

Bir gün uçacam qara qanadlarla. Gedəcəm, qalacaq nə izim, nə tozum.
Düşündüm içimdən. “O gün bu gündürmü?”.
Ayağa qalxdım. Ayaqlarım uçurumun tam kənarındaymış kimi binanın damını hasarlayan kərpiclərin lap ucundaydı. Bu gecə ilk dəfə gecə vaxtı dayım mənimlə deyildi. Onun söhbtlərini özləyirdim. Məsləhətlərini və anlamadığım fəlsəfi fikirləri üçün darıxırdım.
 Qulağımda qulaqcıqlar. Əllərim halsız bir şəkildə şalvarın ciblərində gizlənib. Həmişəki kimi başımda kapüşon. Qara. Sadiqəm əqidəmə. Yağış başlayır yavaş-yavaş. Aram-aram üzümə düşən bala damcıları xoşlayıram. Onlar da mı uçurlar? Yoxsa sadəcə onlara verilən işgəncədir bu “uçuş”? Göylərdən yerlərə uzun bir yol. YOL. Xeyir. Bu yol deyil. Bu boşluqdur. Boşluq işgəncədən başqa bir şey deyil. Boşluq heçlikdir. Heçlik yoxluqdur. Bu cür yoxluqdansa, çarpışan qara buludlarda şimşək mi olmaq gözəldir? Yoxsa, yoxluğa doğru gedən yolda möhtəşəm bir adrenalin mi? Mən hansını seçərdim görəsən? Mənim üçün də mi uçmaq sonuma yaxınlaşan bir adrenalin olacaqdı, görəsən?
Tam başımın üstündə şimşək çaxdı. Göy yarıldı sanki. İldırım “Mən də varam dünyada” deyə Allaha üsyan edirdi sanki. Sanki sakitçiliyimi, QaraQanın səmimiyyətini qısqanırdı. “Mənimlə də danışın, nolar!” deyə ağladı var gücü ilə. Bir anda  üzümə vedrədən tökülürmüş kimi iri-iri damcılar düşməyə başladı. Kapişon başımdan çıxdı. Başımı yuxarı qaldırdım. Boynumda enlənib şişən damarlarımı hiss etdim. Partlayacaq kimiydilər. Dodaqlarım əsirdi. İldırım məni əsəbləşdirmişdi. Möhkəm guruldayırdı. Əvvəl işığı, daha sonra isə səsi gəlirdi. Hər dəfə özünü göstərdikcə üzümə doğru yaxınlaşan milyonlarca amansız yağış damlasını bir saniyə ərzində görürdüm. Sonra növbəti aydınlığa doğru gizlənirdilər qaranlıqda. Dişlərimi bir-birinə sıxırdım. Yumruqlarım sərtləşirdi. Bir zərbəylə dağlarda mağara aça biləcək qədər güclü olduğunu düşünürdüm yumruqlarım barədə. Qollarımdakı Dəli Kürlər coşurdu. Venalarım alışırdı. Qan gözlərimə yığılmışdı. Artıq hər tərəfi aydın görürdüm. Damcılar asta-asta, tələsmədən üzümə dəyib balaca parçalara bölünürdü. Göylərin məni boğacağından qorxdum. Dizlərimi azca yığdım, əllərimi, yumruqlarımı göyə doğru, düz başımın üstündəki qəddar, həyasız, şüvən düşmənimə tərəf tuşladım... və... özümü havaya tulladım.
Bir anda ildırımla toqqaşdım. Beynim sirkələndi. Necə oldu anlamadım. Bədənimdən  milyonlarca voltluq elektrik keçirtmişdilər sanki. Tir-tir əsirdim. Ayağımı qoymağa yer axtardım. Amma gözlərim yumulu olduğundan harda olduğumu heç bilmirdim də. Qulağm tutlmuşdu. Heç nə eşitmirdim. Göz qapaqlarımın altından  parıldayan günəş şüalarını hiss edirdim. Adrenalin ən üst səviyyədə idi. Hərarət son həddə çatmışdı. Dumanlar çıxırdı bədənimdən. Əllərim-ayaqlarım boşaldıqca boşalırdı. Qanımın hərəkəti dayandı. Gözlərimi açdım. Gördüyüm günəş şüaları yox, ildırımın işığı idi. Daha güclü, daha parlaq. O artıq acıqlanmırdı. O sevinirdi. Sevinirdi ki, elə ilk qarşılaşmada məni knock out edə bildi. Elə ilk zərbədən ağlımı başımdan ala bildi. İndi vicdansızcasına qəhqəhələr atırdı göylərdə. Bu qəhqəhələr mənə çox tanış idi. Uşaqlığımın kabusları. Onları yaxşı xatırlayıram. Amansız və tərbiyəsiz gülüşlər. Buludların şevişmə səsi. Ah-nalələr. Qulağımın təbil pərdələri ən az uşaqlığımdakı qədər bərk çalınırdı. Qorxurdum. Əvvəlcə asta-asta buludlardan bala yağış damlası kimi endiyimi hiss etdim. Sanki belimdə paraşüt vardı. Kürəyim üstə yerə yaxınlaşırdım. Gözlərim bərəlirdi və nəfəs də ala bilmirdim. Ölümümə lap az qalırdı, ancaq adrenalin məni tərk etmirdi. Sonra birdən hər şey sürətləndi. Beynim hərəkətə gəldi və qollarımı tərpədə bildim axır ki... Amma... Çox gec idi. 5-6 saniyəyə onurğam üstə asfalta girdim. Huşum küsdü məndən. İnciyib itdi...


Gözlərim yavaşca yumularkən bir-iki dəfə qırpıldı. Səslər yavaşladı. İldırım və göy gurultusu itdi. Hər yer qaraldı. Anlamışdım. Mən azğın buludlara qəhrəman dəniz səyyahlarının böyük dalğalara meydan oxuduğu kimi meydan oxumuşdum. Elə həmin səyyahlar kimi də məğlub olmuşdum. Mən qara buludların içərisinə doğru uçmuşdum. İldırımla toqqaşmışdım və bu qədər hündürlükdən son sürət yerə dəymişdim. Sevinməliydim mi? Bala damcılar bu cürmü hisslərlə yoxluğa doğru can atırlar? Mən heçlikdəmiydim? Ölməyəcəkdim... Bilirəm...
... 

воскресенье, 20 февраля 2011 г.

Qaçasım gəlir

Hər sətirdə yeni bir dünya aç qələm mənə.
Hər döyüldüyündə qapıya qaç. Gələn mənəm?
Hər mesajda mənimlə birgə kədərlənən!
Çox uzaqdadır indi mənim bidənəm.
Sən də tələsdin deyə mən də çəkindim.
Mən də bəzənərdim. Üzümə təbəssüm çəkərdim.
Sən də bəzənərdin. Görüşümüz bir az uğursuz
alınsaydı, gecə mesajlarım da cavabsız....
Elə də deyirəm, elə bil, həyat səndən ibarətdir.
"Arada rap də yazıram" demişdim haaa... Yadıva gəlir?
Bax indi onların sayəsində özümü saxlayıram.
Hərdən gecə oxuyub-oxuyub ağlayıram.
Düzünü desəm, əvvəl-əvvəl daha çətin gəlirdi.
Sonra dostlar gəldi... Bir az öyrəşdim.
Amma yenə də istəyərdim dön geri mənə.
Başına fırlandığımız binanın xətrinə!
Sevgilim, canım, gözüm və digər gözəl şeylər.
Qalırmı səndə görən yazdığım bu ilk şeirlər?
Səninlə ilk görüşdə şərti şumda kəsdim. Amma...
Sinəmdə yaba izi var. Xırman oldu mənə məzar.
Mənə məzar qazar gözlərin, gecə baxışlım.
Mən ki təkdim həmişə. Bu mövsüm də tək yarışdım.
Otursam da gəlir qaçasım, amma gedim hara?
Dərman acı, tibb bacısı! Yaman halım xarab! :(

пятница, 18 февраля 2011 г.

Meksika arzularım

Ayrılandan sonra adam bir az boşluğa düşür, razıyam. Tükəndiyini düşünürsən, ancaq  gecə-gündüz yazırsan.
Xəstəliyimin artıq 18-ci günüdür. Sir-sifətim hələ də yaşıldı. Rendroy olmuşam lap... 

"Senin yüzünə nolmuş?" - G.O.R.A.
Meksika... 
Aleksa... Alexa da ola bilər. 
Deyirlər  ki, Meksikada hər xəyalpərəsti bir qız gözləyir.
Azca hindu aborigen, saçları dümdüz, gözlər bir balaca qıy, qəmzələr mütləq olmalıdır.
Gitarası da var. Hippy... Rəngli karavan. Saçında yaşıl, sarı, qırmızı rənglərdən ibarət bir lent. Açıq saçları gecə qaranlığıdır. Boynunun bir tərəfindən sallayır hamısını. Gülə-gülə mənim üçün gitara çalır və xırıltılı səsiylə oxuyur. 
Mən onu sevməyim, nə edim?
Maşını mən sürürəm. Yan pəncərələr açıqdı. Oturacağı arxaya edib, uzanan kimidi. Saçlarını külək uçurdur. Yolun kənarı böyük kaktuslarla dolu bir çöldür. Mahnı gedir... Təxminən belə bir mahnı:
"ooooo.... lopez, alexandro, bombuçyo, no sinyora qrasiya, andri-andri, yeppa-yeppa... ooooo"

Ooouu... Gözəl Meksika... Guya ki, biz də bu mahnını bilirik və arada bir-birimizə baxa-baxa ucadan oxuyuruq. Gülürük. Hətta ağ eliyim lap, arada boynumu qucaqlayıb öpür də... ))) Hahaaaa... Qəşəy... )))
"Sən necə də sərbəst və azadsan Aleksa! Səni necə də çox sevirəm Aleksa!" - deyə ürəyimdə düşünərkən ona deyirəm:
-Sən necə də sərbəst və azadsan Aleksa! Səni necə də çox sevirəm Aleksa. Əzizim Aleksa, ax... Səni çox sevirəm! (Dostayevski həmişə belə yazır )))hahaha.... "Əzizim Alyoşa". Yox bir... ))))
Nə isə uzaqlaşdım, deyəsən!
Ürəyimiz istəyəndə maşında yox, çadırda qalırıq. Çöldə tonqal qalayıb eyni bir qırmızı ədyala bülənib otururuq. 
Hərəmizin əlində bir çubuq, həmişə kinolarda olur eee... ucunda ağ şey, yumru, tonqala tutub bişirirlər nədi, ondan keçirtmişik çubuğun ucuna ) Bişiririk. Amma heç bilmirəm o nədi. Həmişə ondan bişirmək istəmişəm.
Nə isə də... Belə-belə Meksika... Gedəcəm ora nə vaxtsa! 

воскресенье, 13 февраля 2011 г.

Nəğme-yi Ney

Bu şeirə başlamaqçün bir az çətinlik çəkirdim.
Bu şeirə ad qoyarkən Cəlaləddindən çəkindim.
Səhrada sülənərkən azmışdım bir dəfə
Önümə çıxdı düz boyunlu, düz kürəkli bir dəvə.
Necə də xoşbəxtəm mən. Dəvəm çox orijinaldı.
Yedizdirdim, içizdirdim, tənha günlər dalda qaldı.
Yediyi qabına tüpürməzdi, amma yaman çox anqırardı.
Sadiq dəvəmdə xoşuma gəlməyən nəysə vardı.
Yemədim yedizdirdim, içmədim içizdirdim.
Özüm kirli, pinti, bitli, dəvəni çayda çimizdirdim.
Soruşdular "dəvən hanı?". Göstərəndə güldü hamı.
Dedilər "bu eşşəkdi". Elə bil ki, dondu qanım.
Qara baxışlı körpə dərviş a.k.a XAN
Həyatım bir az bataq. Qayalar mənə yataq.
Yorğandır mənə bulut. Sevgilim məni unut.
Sevgi ağ göyərçindir. Qəfəsdir ona vücud.
Düşüncə tərzi dəyiş. Aldığın dərsi dəyiş.
Düzünlə tərsi dəyiş və sonra nəbzi dəyiş
Və sonda dəyiş bircə günlük həyata baxışlarıvı.
Və sonda dəyiş bircə dəfə də olsa tanışlarıvı.
Və sonda nəfsi qat bu eqona boğ, öldür hamısın.
Və sonda şəxsiyyətləş, tarix qoy səni tanısın.
Məntiqi ardıcıllıq yoxdu. Hafiz müridiyəm.
Öyrənməli çox şeyin var. Qədim dövr mürşidiyəm.
Mövzumda time-out verdim bir az söööbət eləyim.
Mövzumda off-topic oldu, qorxma, admin özüməm.
İndidən deyim bil ki, 3-cü verse yoxdu...
ki sonda deməyəsən ki, 2-ci verse dəxilsizdi.
Ney, ney, ney, hey... Dəvəni satdım, ney aldım mən.
Səhralar dəlisiyəm, ney çalıram dolanıram.
Ey sarban, ahəstə ran, karam-e canəm mi rəvəd.
Başa düşmədin. Fəlsəfəni burda dağıdıram.

суббота, 5 февраля 2011 г.

Yazmayacam dedim və sonda yazdım.

Saat 00:44-də  başladım bunu yazmağa.
Həmişə bu vaxtlar olanda Rənaya mesaj yazardım. Onun elə xoşuna gəlirdi ki mənim mesajlarımı oxumaq ! )))
İndi çoxdan yatmış olar. Hə... Yatanda elə gözəl olur ki. Ağlayanda da.
Bir dəfə dediyinə görə mənim üçün ağlayıbmış da. Mən ona başqa bir qızı tərifləmişdim, o isə yatmayıb bütün gecəni ağlayıbmış. Nə bilim... Həyat gözəldi, doğrudan da...

Səhər tezdən duran kimi telefonu əlinə alırmış və dalbadal yazdığım mesajları oxuyurmuş. Tam 6 mesaj.
Mən hər gecə Rənaya 6 mesaj yazardım. O da mənə səhər bir mesaj yazardı. Məni çox sevdiyini deyərdi )
Mən də "mən də" deyərdim.
O küsəndə elə şirin olur ki! Başını salır aşağı,dinmir, danışmır.
Şirindi mənim sevgilim.
Yox, olmadı... Bir də...
Şirindi mənim sevdiyim. Hə... Bu başqa məsələ.
Suçiçəyi olmuşam axı. Yazmışdım dünən. Bu gün səpib hər yerim. Qaşınıram. Mama gəldi səhərin gözü açılmamış köynəyimi yuxarı qaldırıb bütün qırmızı nöqtələri zilyonkaladı ))) Soyuq idi zilyonka. Qıdığım da gəldi arada.
Bütün üzüm yamyaşıldı. Əsl Qrinç olmuşam. Ən az onun qədər eybəcər, ən az onun qədər paxıl.
Paxılam, bəli. Həm də çox paxılam.
Son bir neçə aydır ki, ümumiyyətlə  kitab oxumuram. Yaxşı, bəs bunu niyə yazdım bura?
Soyuq olur ayaqlarıma. Mənim kompyuterim pəncərənin yanındadı. Yerim buz kimi məni gözləyir.
Ay özüm, elə et ki, axşam yuxuda Rənanı görüm.
Hə, bir də... bir də... Mən onu çox sevirəm. Yazdığım hər sətirdə, baxdığım hər filmdə, oxuduğum hər kitabda və danışdığım hər insanda o var. O mənim üçün hər yerdədir.
Mən də onu öz otağında sarıb yatızdırmışam artıq. Ulduzlu divar kağızıyam.
Gedim yatım )))

Saat 01:01

Rocky Balboa

Optimizm və əzmkarlıq abidəsi.
Bu insanı sevirəm!

пятница, 4 февраля 2011 г.

Xoş bir zəhlə

Bu qədər acı yetər. Gəl... Gəəəl...
Bəsdi bu qədər vərəqə içimi tökdüm, yetər.
Məni burax, azad eylə ruhumu Tanrı.
Pis heç bir hərəkətim də yoxdu özümdən utanım.
Mən bura özümü çəkmirəm ki, kimsə məni tanısın.
Məndə mən varam. Qalanlar ölsün hamısı.
Lazım deyil heç kim. Lazım deyil heç nə.
İnanın... Yaltaqsız da keçinərəm.
Beyindəki sözlərin yüzündən birin seçirəm.
Gündüzlər sənin olsun. Mənimdir bu gecələr.
Heç nə oxumasın deyə bir azdan çıxardacam...
şşş... Son dəfə gözümə bax.
Sizin kimi yaşıyacamsa, ömrümə sıçaram.
Sizinlə olan Cənnətdən Cəhənnəmə qaçaram.
Balaca hədəflərim yoxdu beyindən dolayı.
Kaş ki, Günəş, ya da Əzrayıl mən olaydım!
İndi qaralır hamı. İndi Ağ ev də qaralıb.
Nə qədər yığırsan? Dünyadan kimə nə qalıb?
Apokalipsis... iki il... fsyo...
Rahat olacaq sonuvuz, məncə, çox.
Fikirlərim bekarçılıqdan bezib iş axtarır.
Dözülməzdi ən xoşbəxt anlarda belə diş ağrısı.
Yaşaya bilməyənlərə çözümdü intihar.
Necə deyərlər "qonşun pisdi köç qurtar".
Sevgilin də nazlıdırsa, məncə çək onu.
Yandır eşqini. Dumanı sovur.
Gələni qovur mənim tərsliyim.
Hər yerdə səni görürəm. Görəsən, mənə nolur?
Mənə gələn "xoş" sonra məndən gedir "zəhlə" kimi.
Bundan sonra iki sətir nədən danışım?
Əvvəl hamı gəlir, sonra itir bir nəfər kimi.
Yoxolmanın vaxtı uzandıqca öyrəşmə başlayır.

четверг, 3 февраля 2011 г.

Suçiçəyinin törətdiyi fəsadlar

Əslində heç nə yoxdu ağlımda. Görək nə alınacaq.

Rəsmiyyətdən zəhləm gedir və özünü dartanlardan. Axır vaxtlar avtobusdan düşməkdən də zəhləm gedir.
Ayran içəndə qapağını açmaqdan da. Burnum yekədi də, bilirsən axı... Ona görə ayranı içəndə burnum imkan vermir.
Avtobusda  arxada oturmağı sevirəm, amma hər dəfə düşəndə nəsə bir kompleks yaranır qəpiyi uzatmağa  qarşı.
Uzatmaqla aram yaxşıdı. Sürücülərdən xoşum gəlmir ey...
Bir də avtobusdakı yarısı oturacaqdan çölə fışqırmış gombul xalalardan. Dayanacağa gedəndə özümə yalvarıram ki, Ay özüm, elə et ki, orda tanış adam olmasın. Yoxsa səmimiyyətsizcə görüşəcəm onunla. O da üzümə ikiüzlü-ikiüzlü gülümsəyəcək.
Bibimoğlu universitetdə məni axtaranda çox vaxt onun zəngini açmıram. Çünki çox danışır. Başım xarab olur. Özü də bilir ki, onu yola verirəm. Əmim oğlusa maraqlı insandır. Ona bu yaxınlarda suçiçəyi yoluxduracam. Daha da maraqlı olacaq.
Bu gecə sayaxlayacam və qarabasmalar görəcəm, bilirəm. Qızılcanın canı çıxsın. O öyrədib.
Özümə gələ bilmirəm, o yar məni atıb gedən gündən. Elləmi qaqa, elləmi?
Forum başımı qatır. Mənəm, Zikodu, bir də Chess... ancaq biz yazırıq, biz oxuyuruq. Yenə də ora doğmadı.
Facebook - gavur kızı ... ıııyyy...
Son vaxtlar raperlər də özünü dartır  eee sağa-sola. Nə isə heç bəyənmirəm "az-rap"in userlərini.
Çox boşdular. Çox boşmu ? Boş onsuz da boşdur... Çox boş necə olur ki?
Sayaxlamağa başlayıram artıq.
İnsanın bloqu olmağı nə gözəl şeydir?! ))) Ürəyin nə istəyir yaz, bas-bağla getsin.
Kitabım çıxsaydı, başqa kitab yazmağa başlayardım. Kitab yazmağa başlamağı çox sevirəm. Girişlər ən sevdiyim hissədi.
"Gregor Samsa bir gün səhər yatağında iyrənc bir böcəyə dönüşmüş halda oyandı"
Franz Kafka... ))) Gördüyüm ən dahi giriş... Kafka deyilənə görə babat girən olub.
Gedim girim... Foruma...

среда, 2 февраля 2011 г.

Çəkilmə - Qabarma

Bir az kədərdən içim. Bir az da dərd dadım.
Gecəni sığalladım ki, saçlarını xatırlayım.
Qoyum özümdə qalsın, boş verin fikirlərimi.
Mən orda görünmərəm. Çəkməyin şəkillərimi.
Açmayım sirlərimi, tökməyim ortalığa.
Günəşi sevdim, amma dostluğum qaranlığa.
Məni tanımasan da, heç olmasa özünü tanı.
Bəlay-i eşq ilə qıl aşina məni, Tanrı.
Sənin sahilində çəkilmələr, qabarmalar.
Mənim suyum quruyur. Nolar, ağla, qabağın al.
Ağla mənim üçün. Ağa gözlərimə.
Məni görəndə sevinərsən deyə görünmürəm.
Tək yatmaqdan bezdim artıq. Tez gəl, qurtulum.
Quraqlıdır. Gəl. Su ol bir-iki qurtum.
Sonuma on il qalır. Yoxsan, hələ də təkəm.
On ilə xoşbəxt evlilik də sığışdırdıq bəlkə?
Bu gecə mənlə qal. Dünya turuna çıxaq.
Bu gecə mənlə qal ki, bir sönüb və bir yanaq.
İynə iynə dalınca... Zəhərlənib bədən.
Divarlar da qışqırır "çıx qaç evdən".
Çox təkəm mən. Çox təkəm mən.
Qəddarca ürəyimi sökəndən.
Mənə dənizlər... Mənə qəlsəmə...
Çox oturduq, gəlsənə tərpənək.
Nə pərdə evimə, nə də bir pəncərə...
Kamin də yoxdu, bax. Yoxdur mənzərə.
Məni düşün. Buna da razıyam.
Mən otağındakı ulduzlu divar kağızıyam.
Səni sarmışam və dörd tərəfdə çoxlu mən.
Əslindəysə, sadəcə, bir heçəm mən.
Gəl gecələr. Öp... Get...
Gəl gecələr. Öp... Qal...