понедельник, 27 августа 2012 г.

Nəğmeyi Ney

Bu neyin nələr söylədiyini can qulağı ilə dinlə, o, ayrılıqdan şikayət edir.
Ney özünəməxsus bir dil ilə, hal dili ilə deyir ki, məni qamışlıqdan kəsəndən bəri fəryadımdan kişi və qadınlar inləyib ağlamaqdadır. Ancaq məni dinləyən hər insan mənim nə dediyimi anlaya bilməz.
Məni anlamaq, məni duymaq üçün ayrılıq acısı çəkmiş, könlü yaralanmış bir insan istərəm ki, dərdlərimi ona danışım.
Əslindən, vətənindən ayrı düşmüş, oradan uzaqlaşmış insan orada keçirdiyi xoş zamanı axtarar, o zamanı yenidən yaşamaq istər, ayrıldığı sevgiliyə yenidən qovuşmağı arzu edər.
Mən hər məclisdə, hər toplumda inləyib-ağladım. Pis insanlarla da, yaxşı insanlarla da oturub-durdum.
Hər kəs öz anlayışına, öz zənninə görə mınim dostum oldu. Lakin heç kəs mənim könlümdəki sirləri araşdırıb öyrənmədi.
Halbuki mənim sirrim fəryadımdan uzaq deyildir. Lakin hər gözdə onu görcək nur, hər qulaqda onu eşidəcək güc yoxdur.
Tən candan, can da təndən gizli deyildir. Lakin heç kəsə canı görmək izni verilməmişdir.
Neyin bu səsi könlü yandıran bir ayrılıq, bir eşq atəşidir. Kimdə bu atəş yoxdursa, o, maddi varlığından qurtulsun, yox olsun.
Neyin səsindəki təsir, yandırma onun içinə düşən eşq atəşindəndir. Həqiqət şərabında olan, insanı məst edən hal da eşq coşqunluğundandır.
Ney sevgilisindən ayrılmış olanın yoldaşı, dostudur. Onun yanıqlı səsi bizim Haqqa qovuşmağımıza əngəl olan pərdələrimizi yırtmışdır.
Ney kimi bir zəhəri, ney kimi bir padzəhəri, ney kimi bir dostu, ney kimi bir aşiqi kim görmüşdür?!
Ney qanla dolu bir yoldan, iztirabla dolu bir yoldan, eşq yolundan bəhs etməkdədir. O, sevgi üzündən çöllərə düşən Məcnunun eşq həkayələrini anlatmaqdadır.
Bizə Haqq yolunu göstərən həqiqi eşqin məhrəmi, dostu ağlını itirmiş aşiqlərdən başqası deyildir. Danışan dilə qulaqdan başqa müştəri yoxdur.
Qəmli keçən günlərimiz uzandı və sona matnasl gecikdi. O günlər ayrılıq atəşləri ilə yoldaş oldu.
Günlər keçib-getdisə, qoy getsin. Qəm yemə, onlara de ki, "keçin-güdin, sozon getməyinizdən bizim qorxumuz yoxdur. Ey mübarək, ey pak dost! Sən qal, sən var ol!"
Haqq aşiqləri məhəbbət dəryasının balıqlarıdır. Onlar vüsal suyundan doymazlar. Buna görə də balıqdan başqa hər kəs sudan doydu, nəsibi olmayanın günü uzandıqca uzandı.
Ruhən yüksəlməmiş, xam qalmış bir insan bişmiş və kamil bir insanın halını anlamaz. Elə isə sözü qısa etmək lazımdır, vəssalam.

(c) Mövlana Cəlaləddin Rumi

воскресенье, 10 июня 2012 г.

Heç eyləmir

Yazacam mən də qəzəl, Rumi nəqarət eyləməz,
Ərisəm Cəhənnəmdə mumi xəcalət eyləməz.

Yalanın dadı-tamı vardır, adamı meyxoş edir,
Yığıla tonla zəhər damla həqiqət eyləməz.

Qorxuram sual verəm, donub qalar, yazıqdı,
Bu qədər düşüncəsizlikdə mələk şikayət eyləməz.

Öldürüm bekarçılıqdan bezərək bir neçə vaxt,
Bu cinayətlə ölüm vaxtı ömür bəraət eyləməz.

Yarımın təklifi çox sərtdi, deyir, dost olaq gəl,
Demə, hər qızla hər oğlanda məhəbbət eyləməz.

Axı olmaz gecənin rəngi, gecəm rəngli keçir
Gözə çəkdiyin qara rəngə sirayət eyləməz.

Ən savadlı müəllim də elə həyatın özüdür,
Uşaqlar dəcəldi, müdir dərsə nəzarət eyləməz.

Dinləyim, toxunum, baxım, iyləyim həyatı,
Susuramsa bu sükut eşqə dəlalət eyləməz,

четверг, 26 апреля 2012 г.

Yazı

Yeni yazı

четверг, 12 апреля 2012 г.

#3

Hər kəsin həyatında özünə belə etiraf etməkdən çəkindiyi, ya utandığı bir neçə yalan, bir neçə oğurluq, bir neçə haqsızlıq olur mütləq. Məndə də bir neçə cinayət var ki, onları xatırlamaq istəmirəm. Ən pisi isə öldürdüyüm məhkəmə sədrinin kənardan bizə baxan balaca qızını iş qutardıqdan sonra görməyim olmuşdu. Qız dəhlizin ən sonundakı sol qapının ağzında dayanıb sakitcə ağlayaraq mənə baxırdı. Bəlkə də, atasına baxırdı. Atalar güclü olur. O uşağın ağlına dözümlü ilə güclünü müqaisə etmək heç vaxt gəlməmişdi, yəqin. Hər yaxşı ata öz oğlunun gözündə ən güclü, öz qızının gözündə ən yaraşıqlı insandır. Bəs necə ola bilərdi ki, bir nəfər qara plaşlı adam onun atasına belə asanlıqla qalib gəlirdi?! O ki ən güclü idi. Amma indi yerə uzanıb xırıldaya-xırıldaya can verirdi. Bu qara plaşlınınsa əlində qanlı bir bıçaq, gözündə qanlı bir baxış və önündə qanlı bir həyat var idi.
Bu, mənim vicdanımı narahat edən tək-tük cinayətlərdən idi. Çünki qız məni tanıyırdı və susmağı üçün ona şkalad təklif edə bilməzdim. Ona yaxınlaşdım, üzünü əllərimin arasına aldım. Bərəlmiş gözlərdən iri-iri damlalar çıxırdı. Öz balaca şirin ayılı pijamalarıyla əllərimin arasında əsirdi. Alnından öpdüm və əllərimi tərs istiqamətdə burdum. Qızcığazın boynu o dəqiqə sındı və kukla kimi yerə sərildi. Sonradan öyrənmişdim ki, qızın anası iflic olub və hal-hazırda hansısa ruhi-xəstələr dispanserindədir, artıq uzun illərdir.
Yuxularımdasa balaca qız məndən qisas almırdı, məni güllələmirdi, ya da dırnaqlarımın altından dərimə taxta soxmurdu. Əksinə, biz oynayırdıq. Üçümüz. Mən, oğlum və həmin qız. Qızla oğlum çox mehriban idilər. Onun boynunu sındırdığım üçün, az qala, mənə təşəkkür edəcəkmiş kimi qucaqlayırdı məni, öpürdü. Çox qəribədir.
Bu cinayətin qarşılığında 50 min dollar pul almışdım. Bir az günah, bir az tərif, bir az da aftoritet. Artıq hər "iş yerimə" gedəndə ordakıların mənə baxışları dəyişilirdi. Bəziləri qorxurdu. Bəziləri -bunlar daha çox katibəçilər olurdular- mənə valehedici bir kişi kimi baxırdılar. Deyəsən, bir az yaraşıqlı idim. Hündürboy, enlikürək, çatmaqaş, qara kostyumlar və kəmərinin arxasında hər zaman ülgüc kimi iti bıçaq. Hərdən desert eagle.
Eynək. Bir neçə cinayətdən sonra qara S-class Mercedenz Benz. Ciddilik qadınların tilovudur, güldürmək yox.
Hər şey öz axarıyla gedirdi. Cinayətlər məni yüksəldirdi. Mən yüksəlirdim öldürdükcə. Mənə güvənirdilər müştərilərim və məndən qorxurdular müştərilərim. Mən muzdlu bir qatil idim və bütün tarxi boyu ən güvənilən və ən güvənilməz ordular məhz elə muzdlu ordular olub. Heç kəs düşünmürdü ki, qatillərin də bir şəxsiyyəti və xüsusi prinsipləri ola bilər. Mən pulla satılan biri deyildim. Mən pulla alınan biri idim. Belə deyirəm, çünki məni satan biri yoxdu başımda. Mən öz işimin ağasıyam. Mənim ofisim də yoxdu. Sadəcə ad, balaca, quru bir ad. Ünvanımı hər kəs bilirdi, lakin heç kəs dilinə gətirməzdi. telefonumu hər kəs bilirdi amma zəng etməzdilər. Qəribə bir məşhurluq zirvəsi idi bu. Boks isə sadəcə məşq idi. Son zamanlar boks məşqlərini tir məşqləri əvəz edirdi. Poliqona gedirdim tez-tez və ancaq öz silahımla atəş açırdım.
Lap uşaqlığımdan bəri güllə yarasına necə dözmək olar deyə düşünərdim. Ta ki başıma gələnə qədər. Həmin gündən sonra mən, Don Kingə və məşqçimə haqq verdim. Mən doğurdan da dözümlü idim.
Dünyanın ən dözümlü insanı belə alnından başına girən balaca bir gülləyə dözə bilməz amma.

суббота, 24 марта 2012 г.

What do you see when you close your eyes?

Gündüz mənə gecə 1-ə kimi şəhərdə olacağını demişdi. Hardasa PUB kafelərin birində yenə hansısa bir qızla əylənəcəkdi. Son zamanlar ətrafı dəyişilib. Deyəsən, dərman zad da qəbul edir. Anasının xəbəri də yoxdur yazıq oğlunun düşdüyü vəziyyətdən. Bir-iki nəfər uşağın gənc beynindən əməlli-başlı istifadə edir. Dostlarımızdan çoxu ondan artıq əllərini üzüblər. Təkcə mən qalmışam onu bu bataqlıqdan çıxartmağa çalışan. O isə durmadan deyinir, gileylənir, zamanədən şikayətlənir, içir, deyinir, söyüş söyür, içir, içir, içir. Ayıq vaxtında necə olduğunu artıq mən özüm də xatırlamıram. Hərdən heç bir ehtiyac olmadan, durduğu yerdə, səbəbsiz falan ucadan qışqıra-qışqıra söyüş söyür. Bir əlində siqaret, bir əlində pivə heç dəyişilməyən gülərüz baxışlarla aşağıya doğru sürətlə enir Gündüz.
Telefonda səsi yenə çox pis gəlirdi. "Hər şey qaydasındadı, Orxan"ı elə deyirdi ki, elə bil "yalvarıram, gəl apar məni bu murdarların əlindən" deyirdi. Bunu duymaq çətin deyildi. Axı o mənim çoxdankı dostumdur. Hər halından xəbərim var. Nə qədər də indi məni saymasa da, bir dost kimi qəbul etməsə də, mən onun bu lazımsız qürurlarının bir gün bitəcəyini bildiyim üçün yanından ayrılmırdım. Dost borcumu yerinə yetirim deyə yox, sadəcə insanlıq borcumu yerinə yetirim deyə. O yaxşı biridir. Yaxşı insandır. Olduğu yerə layiq deyil.
Bir neçə il bundan əvvəl Azərbaycanda bir qrup fəal gənc var idi ki, öz fəlsəfi təlimlərini və siyasi propagandalarını sırv gənclər üzərindən həyata keçirirdilər. Təşkilatın necə maliyələşdiyi və hər növbəti siyasi gedişin planını kimdən aldığı məlum olmasa da, öz ətrafına yetərincə ziyalı kütlə yığa bilmişdi. Bir neçə beyinyuma "əməliyyatı" və anti-imperialist nitqləri ilə içində cuzi etiraz qığılcımı olan hər yeniyetmə gəncliyini burda qurban verməyə hazır vəziyyətə gəlirdi. Analitik düşüncəsizlik onları uçuruma aparan tək səbəb idi. Bir qədər pafos, bir qədər əyləncə, bir qədər protest, bir qədər də sərbəstlik. Üstündən 7-8 il ötdükdən sonra naməlum səbəblərdən ötrü bu təşkilat dağılmışdı. Havada asılı qalan həmin nəsil gənc kütlə isə özlərini tam qarşı olduqları məkanlarda tapmışdılar.
"İnsan nəyə qarşı radikaldırsa orada ölür"
Əlbəttə, aralarından bir neçə nəfər də mənfiyə doğru çox dəyişilmişdi, amma Gündüz kimisi olmamışdı.
Hal-haızrda harada olduğunu bilmirəm. Zəng edirəm də telefonuna zəng çatmır. Bilmirəm bunun axırı necə olacaq, amma bircə onu bilirəm ki, bəzi dəyərlər var ki, onların üstündən heç bir vatx xətt çəkmək olmaz. Dostluq, ailə, sevgi kimi dəyərlər, məsələn. Biz yalnız sevdiklərimiz üçün can yandırırıq. Sevdiklərimiz isə ancaq tanıdığımız insanlardan ibarət olmalıdır. Tanımadığımız ən günahsız körpələrin güllələnməyi, kütləvi insan yandırma koloniyaları, hər gün acından qırılan minlərlə xalqın taleyi bizi qəhərləndirmir axı. Biz ki onları tanımırıq. Bəs yanımızdakılar necə? Bəs öz ətrafımız? Onlarla hər şey qaydasındadır?
İnanmıram.
Çətin ki, bundan sonra bir də qəhrəman gələ.
Gündüzdən zəng gəldi.

понедельник, 20 февраля 2012 г.

Birdən geriyə doğru.

Birdən düşərmiş Dünyaya qaranlıq.
Çünki bura düşüsəlidir.
Qaranlıq da bir işıqdır... Zəif işıq.
Sakitliyin cingiltisi... Uzaqların xəyalı.
Əslində var olanın azaldılmış dərəcəsində yox olanlar var.
Yox olanlar deyil də, heç olmuyanlar deməliydim sanki.
Çünki yox olan, nə vaxtsa varmış kimidir.
Başı dikdir.
Məni yox etdilər - deyir.
Ondan güclülərdi, deməli, var olanlar.
Bir az olandan yazırsan, bir az olub-keçəndən,
Oldu, keçdi. Bəsdi artıq.
Bu an qaranlıq çökübsə dünyana,
Sən işıqsan, zəifləmisən, yəqin.
Heç nə demirəm!
Əgər təksənsə, sən təksən.
və sən tək olduqca azalacaqsan, işıqsansa parıltını da unut, dostum.
Çünki təksən.
Qocasan və ətrafda kimsə yoxdu.
İllər bir an içində bitdi, ömür gəldi-gedir, hər şey oldu-keçdi.
Birdən olur onsuz da hər şey.
Qaranlıq da birdən çökür.
İşıq da birdən sönür.
Birdə bitən ən pis şey geri saymaqdır.
Donmuş bir göl üstündə gəzmək kimi çatır-çatır çatırdayır hər saniyə.
Və...
Birdən etibarən sən artıq dərindəsən, donursan, qaranlıqdır.
Qışdı, bu.
Ömrüvün qışıdı.

-Birdən düzəldi hər şey?

-Düzəlməyəcək. Birdən keçib artıq. İndi sıfırdı.

Göstəriş


Böyüdünüzsə, ağıllandınız sayılmaz. Sayılmırsınızsa deməli ya təksəniz, ya da yoxsunuz. Yox olmaq problem deyil, amma təklik... Bu, deyəsən, faicədir.