среда, 14 декабря 2011 г.

İmza

Uğur uzaqdadır. Bəs nə qədər məsafə qət etmək lazımdır uzağa çatmaq üçün? Bəzən məsafə zamandan yox, yoldaşdan aslı olur. Sürətsə hər zaman özündən aslıdır. Tələsməyə də bilərsən, gecikə də bilərsən. Təki Allahdan üz çevirmə.

Həyat profesional pedaqoqdur. Öyrətmədiyi şeyi tələb etməz. Əgər sevməyi tələb edirsə, bilin ki, o da gələcək.


Hər uğurumuz bizimdir də, təkcə səhvlərimizmi  həyatın çətinliyidir? Nəticədə özünü danacağın hərəkətlərin, onsuz da, səni inkar edir. Sübuta ehtiyac varsa, ya şahid göstər, ya imza at.

Ya bax, ya gör, ya izlə. Ya sus, ya dinlə, ya anla. Ya anlat, ya öyrən, ya da... Nə istəsən yaz.


Dünən bir sirrdir. Sabah dünənin böyük qardaşıdır. Böyük sirləri unutmaq günahdır ki, bu gün səndən yazdı qələm.


Eşqdə yanmaqla kül olunmaz. Eşqlə rəqsin ritmi yoxdur. Eşqlə söhbət səsizlikdir və eşqdən bezən eşqdən bezdiyini sanandır. Məndən bezən bir eşq olarsa, mən məndən küsərəm. Özünü kimə isbatlamaq gərəkdiyini bilirsənmi ?


Üzündə özündən bir xətt çəkib Allah. Gözlərindən başlayır, gözlərində bitir. Allah uğurun özüdür ki var. Səndə özünün xəritəsini gizlədib. Açıq aşkar görülə bilən gizlilikdən nə anlayaq?! Uğurun xəritəsidir addımların.

воскресенье, 27 ноября 2011 г.

Bir dəfədən heç nə olmaz`ın günahı.

Mənsizlikdə gülmüsənsə bircə gün...
Bircə gündən heç nə olmaz.
Yox əgər, bir neçə gün ağladınsa mən varkən,
Deməli həsrətini çəkirsən həmin mənsiz bir günün.

Mən yoxkən bircə dəfə başqa gözə baxmısansa...
Bircə dəfədən heç nə olmaz.
Başqa gözün fəlsəfəsi, qaranlığı varsa əgər,
səninçün başqalaşım, bax gözümə başqasıyla olarkən.

Mənimləykən özünə fikir ver, canım.
Səndə təksən - deyə düşünmə.
Səndə səninlə birgə bir sən daha var.
Bircə dəfə özünü itirdinsə, səhvlər gəlir ip söküyü kimi.
Bircə dəfədən heç nə olmaz demə, bidənəm.
İkinci dəfə üzr istəmək səhv təkrarlamaq deməkdir,
unutma.

среда, 16 ноября 2011 г.

O adam

Bir adam çıxacaq məndən
bəlkə də, illər sonra.
Amma mən qadınamsa doğmayacam,
erkəyəmsə sıçmıyacam.
Ağzımdan çıxacaq o adam,
amma mən qusmuyacam.
Daha çox püskürəcəm.
Buruğundan fontan vuracaq qara qızılın özü olacaq
mən çıxacaq o adam.
Əvvəlcə kirli-kaslı, qanlı-qumlu əlləri,
sonra bəlkə tüklü, bəlkə keçəl kəlləsi.
Kəlləsi... maraqlıdır...
Sonra bədən.
Sonra da bir cüt yupyumuru qıç qurusu.
Qadınamsa bakirədir, erkəyəmsə də həmçinin.
Vaxtı gələndə olacaq bu partlayış.
Nə on dəqiqə gec, nə on dəqiqə tez.
"Hər şey vaxtında gözəldir" deyiblər
ta bu andan.
"Kim deyib ki?" soruşsan, deyərəm  "həmişə deyən".
Bir adam püskürəcəm ağzımdan.
Gələcək ki, oldursun, öldürsün, ağlatsın, güldürsün.
Edəcək hamısını bir gün məndən çıxacaq o adam.

среда, 9 ноября 2011 г.

Hərdən idi

Hərdən idi.
Mən var idim.
Sən hər keçən saniyədə,
hər ayda korlanırdın bir az daha.
Bizim ki hisslərimizdən düzələn pislərimiz var.
Adı paxıllıq.
Çökürdü tam üstümə zamanın saatdan asıllığı.
Saatın əqrəbindən.
Saatın incə-incə, nazlı-nazlı gedib-gələn
diqqət çəkmək üçün burcutduğu bir qıçı var.
Zamanınsa nə qıçı vardı, nə əqrəbi.
Zəhərliydi hər ilandan, hər qadından.
Sən də bax bu saatların göstərişinə aldanırsan.

Gecələr kəşf edirəm hər qarışını faniliyin.
Alt-üst, tərs-mərs oluram,
əyri qoyub-düz edirəm dahiliyi.
Deyirsən "eşqdə yandığımdandı bu qədər yalvarışım".
Deyirəm, olmur axı eşqdə yanan bir insanın yalvarışı.
Bir qar var, küləyin, yağışın, soyuğu.
Bir Gün var,
İstilədir, azaldıqca sərinləyir, yox olduqca bir qar olur.
Sən də bax bu fərqliliyin eyniliyinə aldanırsan.
Hər şeyin bir sonu var, bir əvvəli.
Sonun bir əvvəli var.
Sənin bir əvvəlin və sənin bir sonun kimi.

Özüməm tək günahkar.

Sifət də sallanarmış
Keçmişdən ip düzəldib özü üçün...
Baxışlar özgələşir, başqalaşır.
Adamlar "çox ucuzdu" deyib elə sifətlər alırlar ki...
baxırsan... baş qarışır.

Qaranlığı asıblar ulduzlardan.
Ulduzlar parıldayır, parıldayır... səhər sönür.
Səhər duranda hər kəs,
oyanarkən sən də səhər
Diqqət et ki, göz altında qırışlar qocalmasın.
Qocalma Bad-i Kubə, qocalma, ey şəhər.

Özüməm tək günahkar.
Özüməm hər olanın, hər gələnin, hər gedənin elçiləri.
Öldürüm mən də gərək beyin içində gizli qalan falçıları.
Dağıdım qəsrlərin, yandırım kitabların...
...özümlə bağlı bir gələcəyi hədəflərkən...
Nə edim bunca baxış
mənlə yarış
içindəykən ?

Nə edər göylə getmək istəyənlər tapdalansa?

Bir yalançı məlumdur ki, yalanı deyə bilməyəndir.

Onda niyə bu saxta gülüşlər? Niyə bu məktubun?
Niyə bu keçmişin ipiylə düzəldilən sifətin üçün asılqanlar ?
Kin hər zaman tərtəmizdir,
ərplənmir, paslanmır.
Bircə damla göz yaşınla sürt,
çək,
at kini ürəyindən.
Gəl sənə nağıl deyim iki dostun "hərdən"in fələyindən.

среда, 2 ноября 2011 г.

Uğur uzaqda

Kimsə düşünür ki, uğur məndən uzaqdı.
Yoldaşım qələmdir və gedirəm uzaqlara.
Mən səninlə, sən onunla, o mənimlə yar.
Eşq bitsə, iki gözüm bir çeşmə ağlaram.

Yolçu ruhum axtarış yolunda gerçək üçün.
"Öncə özünü sev, sonra məni sevməkçün"
Deyən bu səs içimdə bir ürpərti yaratdı.
Sənin gözəlliyinlə bu dünyamı qaraltdım.

Bu bir az qərbli Kafka, bir az da şərq Şirazi.
Ürəkdə kimsə yoxdur, elə bil boş ərazi.
İçimdə fəlsəfələrə müharibəmdə mən bir qazi
Taleyim də şaytanımla bağlamışsa son bir saziş

Necə də qəliz bir iş yaşamaq bir bədəndə.
İki bədəndə bir ürək də yox olmuşdu sən gedəndə.
Mən bir bəndə, sən bir tanrı. Mən də qəmdə, səndə?
Güldürmə.... Yaxşı görək, mənə də yox daaa... sən ki göydə ?

суббота, 3 сентября 2011 г.

Vitamin Cafe

Deyirdilər  əla  məkandı. Gedim, görüm dedim.
Getdim... Gördüm...
Fikirlərim:
Hərdən  tozlarını da sevirdim buranın. Hərəsini  ayrı-ayrı. Divanların kənarlarına  gizlənmək istiyən balaca  toz dənəcikləri var  burda. Mən hər gecə onları silirdim. Vitamin-Cafe  həddindən artıq səliqəli və tərtəmiz  bir  məkandı.
Bu yazı isə  reklam olmamalıydı.

Fikirlərim.
Burda 3  dəyərli  insan var. İbrahim abi, Aysun abla və Ori - namıdeyer  Orkhan Schulz.
Abi  səhər  yuxudan  ayılıb  deyir:   "Aysun  yaaa... bi  yemek  yap  ta  yiyelim  yaaa... "
Abi  günorta  deyir:   "Aysun... yimek  yok mu  qıııı ? "
Abi  axşam  deyir: "Aysun, açlıkdan  öldüm  yaaaa...."

Aysun  abla... Aysun  ablaM. Super  insandı. Bu qadının gücünə sadəcə olaraq heyranam.Bacarmadığı şey yoxdu.
"Abla,  mən  gedim dəəə..."  deyən  kimi  bir "Nereye  gidiyon   ay kişi ?" deməyi  var  ki.... ən  çox  bəlkə də, bu söz üçün darıxacam. Çox sevirəm onu. Mənə arada nescafe ısmarlıyırdı. Danışırdıq  çox  vaxt, hətta  dərdləşdiyimiz  dəəə  olmuşdur  100%.
Onun üçün çox darıxacam. Darıxdıqca  da  Vitamindəyəm )))

və  nəhayət... Orkhan Schulz  məllim =)
Ori !
Musiqi zövqü  deyə  bax  buna  deyərəm. Öyrənməli çox şey var daaa....sayıb-sayıb  bitirə bilmərəm bu gecə. Arada vaxtın olanda PM at, başa  salım onu sənə.
yaxşı insandı, ona güvənirəm, dostu olmaq istiyərdim, amma  təəssüf o həyatında dost istəmir.
Paylaşmağı sevmir. Gələn həftədən də idmana başlayacaq (bunu bu gün deyib bizə). Eynəyini başına taxanda saçı arxaya gedir və Taken`dəki  Hovranqı  xatırladır mənə.
"həəə... orxan... sora  noldu?"  deyir  tez-tez. netbook`unun  üstündə  "android"  deyə  bir yapışqan var.
Əgər bir gün, maxito içməy istəsəz, əla maxito hazırlayır.
Şeyker olmasa da, banka var barımızda... )
Vitamindəki qızların sevimlisidi... usi-pusi... )
Nicat deyir ki, bura qızlar ona görə gəlirlər. Aynurla axrıncı videolarını çəkəndə çoxlu əylənmişdik.
+ ingilis müştərilərin qənimidi kendisi.
"şirin yaramaz puqi"  filmini  "itlər və pişiklər"  filmiylə səhv salır. HOST-a  respeckti  var =)
ama  nolsun ...? Zato Vitaminin tarixindəki ən önəmli gündə o Vitamində deyildi.
Mənim konsertim günü  yəni...

voşim... belə...
Vitamini sevirəm... respeckt =)