Bu neyin nələr söylədiyini can qulağı ilə dinlə, o, ayrılıqdan şikayət edir.
Ney özünəməxsus bir dil ilə, hal dili ilə deyir ki, məni qamışlıqdan kəsəndən bəri fəryadımdan kişi və qadınlar inləyib ağlamaqdadır. Ancaq məni dinləyən hər insan mənim nə dediyimi anlaya bilməz.
Məni anlamaq, məni duymaq üçün ayrılıq acısı çəkmiş, könlü yaralanmış bir insan istərəm ki, dərdlərimi ona danışım.
Əslindən, vətənindən ayrı düşmüş, oradan uzaqlaşmış insan orada keçirdiyi xoş zamanı axtarar, o zamanı yenidən yaşamaq istər, ayrıldığı sevgiliyə yenidən qovuşmağı arzu edər.
Mən hər məclisdə, hər toplumda inləyib-ağladım. Pis insanlarla da, yaxşı insanlarla da oturub-durdum.
Hər kəs öz anlayışına, öz zənninə görə mınim dostum oldu. Lakin heç kəs mənim könlümdəki sirləri araşdırıb öyrənmədi.
Halbuki mənim sirrim fəryadımdan uzaq deyildir. Lakin hər gözdə onu görcək nur, hər qulaqda onu eşidəcək güc yoxdur.
Tən candan, can da təndən gizli deyildir. Lakin heç kəsə canı görmək izni verilməmişdir.
Neyin bu səsi könlü yandıran bir ayrılıq, bir eşq atəşidir. Kimdə bu atəş yoxdursa, o, maddi varlığından qurtulsun, yox olsun.
Neyin səsindəki təsir, yandırma onun içinə düşən eşq atəşindəndir. Həqiqət şərabında olan, insanı məst edən hal da eşq coşqunluğundandır.
Ney sevgilisindən ayrılmış olanın yoldaşı, dostudur. Onun yanıqlı səsi bizim Haqqa qovuşmağımıza əngəl olan pərdələrimizi yırtmışdır.
Ney kimi bir zəhəri, ney kimi bir padzəhəri, ney kimi bir dostu, ney kimi bir aşiqi kim görmüşdür?!
Ney qanla dolu bir yoldan, iztirabla dolu bir yoldan, eşq yolundan bəhs etməkdədir. O, sevgi üzündən çöllərə düşən Məcnunun eşq həkayələrini anlatmaqdadır.
Bizə Haqq yolunu göstərən həqiqi eşqin məhrəmi, dostu ağlını itirmiş aşiqlərdən başqası deyildir. Danışan dilə qulaqdan başqa müştəri yoxdur.
Qəmli keçən günlərimiz uzandı və sona matnasl gecikdi. O günlər ayrılıq atəşləri ilə yoldaş oldu.
Günlər keçib-getdisə, qoy getsin. Qəm yemə, onlara de ki, "keçin-güdin, sozon getməyinizdən bizim qorxumuz yoxdur. Ey mübarək, ey pak dost! Sən qal, sən var ol!"
Haqq aşiqləri məhəbbət dəryasının balıqlarıdır. Onlar vüsal suyundan doymazlar. Buna görə də balıqdan başqa hər kəs sudan doydu, nəsibi olmayanın günü uzandıqca uzandı.
Ruhən yüksəlməmiş, xam qalmış bir insan bişmiş və kamil bir insanın halını anlamaz. Elə isə sözü qısa etmək lazımdır, vəssalam.
(c) Mövlana Cəlaləddin Rumi