вторник, 27 декабря 2011 г.

Qısa və konkret ol.

Qısa və konkret ol
Dünyanı tam dövr edən bir yol kimi.
Bir addımla geriyə çevrilərkən bir dünyanı gəzmiş qədər sevincli ol.
Yorma özünü uzun-uzun izahlarla.
Onsuz da, heç kəs heç nə anlamır ki, deyib rahatlaşma,
amma yenə də, qısa və konkret ol.

Hər zamanın öz hökmü var.
Zaman da olmaq ehtimalı bizdə çox azdı.
Ona görə də bu qədər sonsuz və əzəl bir şey olmaq arzusundan uzaqlaşaq.
Qocaldıqca mehribanlaşaq, arada əlaqələr kəsilməsin gərək.
Məndən məsləhət alsan əgər, deyərəm, heç qocalma da, 
uzatma ömrünü.
Qısa və konkret ol.

Ya qısa olub, ya konkret olma.
Həm qısa ol, həm konkret.

среда, 14 декабря 2011 г.

İmza

Uğur uzaqdadır. Bəs nə qədər məsafə qət etmək lazımdır uzağa çatmaq üçün? Bəzən məsafə zamandan yox, yoldaşdan aslı olur. Sürətsə hər zaman özündən aslıdır. Tələsməyə də bilərsən, gecikə də bilərsən. Təki Allahdan üz çevirmə.

Həyat profesional pedaqoqdur. Öyrətmədiyi şeyi tələb etməz. Əgər sevməyi tələb edirsə, bilin ki, o da gələcək.


Hər uğurumuz bizimdir də, təkcə səhvlərimizmi  həyatın çətinliyidir? Nəticədə özünü danacağın hərəkətlərin, onsuz da, səni inkar edir. Sübuta ehtiyac varsa, ya şahid göstər, ya imza at.

Ya bax, ya gör, ya izlə. Ya sus, ya dinlə, ya anla. Ya anlat, ya öyrən, ya da... Nə istəsən yaz.


Dünən bir sirrdir. Sabah dünənin böyük qardaşıdır. Böyük sirləri unutmaq günahdır ki, bu gün səndən yazdı qələm.


Eşqdə yanmaqla kül olunmaz. Eşqlə rəqsin ritmi yoxdur. Eşqlə söhbət səsizlikdir və eşqdən bezən eşqdən bezdiyini sanandır. Məndən bezən bir eşq olarsa, mən məndən küsərəm. Özünü kimə isbatlamaq gərəkdiyini bilirsənmi ?


Üzündə özündən bir xətt çəkib Allah. Gözlərindən başlayır, gözlərində bitir. Allah uğurun özüdür ki var. Səndə özünün xəritəsini gizlədib. Açıq aşkar görülə bilən gizlilikdən nə anlayaq?! Uğurun xəritəsidir addımların.