среда, 2 марта 2011 г.

Əvvəli qəlizdir!

Qəhər kitablarda özünü göstərən bir anlayışsa,
Həyat qəhərlərimi öyrədəndi məktəb üsulu.
Kədər içimi didən qurdun yaxınıdırsa,
Təlim həyata daxil olan tələbələrin yaşam üsulu.
Deməli kədərin yaxını olan həminki qurd elə bu dərddi.
Sevinc kədəri sevib həsrətiylə solan qızılgüldü.
Arzularım bağbanımdı. Bağ da düşmən sevinclərimə.
Solan gülümə aşiq olub həyatı bitirən bülbülümdü.
Demə ki, bir az qəlizləşdi. Liriklərdə sadəyəm mən.
Ümidi içimə salan mələyə salam olsun, böyük Allah.
Əzabı dar günümdə tanıdım. Dostum oldu sadiqanə.
Danışa bilir hamı yalanca. Bu nə hünərdi?! Maşallah!
Çəpəki baxma güzgü. Özümü düşünməklə aram yoxdu.
Lirik rübailər yazdı qələm. Mənsə, rapə həvəsli.
Sarma, qalsın. Öləcəm onsuz, Loğman həkim. Yaram çoxdu.
Küləyə bülənim, yağışı içim. Qapanım özümə bu son fəsli.

Məncə, həyatı tale edə bilən şey yalnız ölümdür.
Tale var olmaq üçün ölümə yalvaran səbəbdi.
Vahid okean gözlərimdən axan mənim qan gölümdü.
Hər istəyim olmadıqca... nəticələr qəzəbdi.
Əcəl mehman oldu sətirə. Qələmin qanını axıtdıqca.
Fizulilər, Nəsimilər... Balacalaşdım oxuduqca.
İl ötdükcə anladım ki, yaxşılar və pislər olur.
Dəmir qalıb paslanır, və... qızılın əzəli palçıq olur.
Ürək torpağında ilk toxumam. Köküm dərinlərdə.
Yabanı ot misalı sulamasan da, cücərərəm bəlkə.
İllə nəyisə sevəcəyəmsə, bu özüm olacağam, inan ki!
"Dəli olanda həyat asandı?" - sualın verdim özümə sanki.
Yaradılışını çözməmişəm şeytanın da, insanın da.
Çalışsam da sevmədilər. Olsun, özümə qapanım onda.
Hər gün ölümə bir az yaxınlaşıram, yaşamaq istəsəm də.
Hər gün özümü dərinə dənizə atıram, üzmə bilməsəm də.